Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

13-04-2025 , 19:43

1294

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay

Yüklənir...

Allah rəhmət eləsin!

Region
- +

Fidan Fərzəliyeva: “Vətəndaş məmnuniyyətinin təmin olunması əsas prioritetlərimizdəndir


“Zəbt olunmuş torpaq və fərdi yaşayış sahələri ilə bağlı Şabran rayon Surra yaşayış massivinin bir neçə  sakini ilə  növbəti görüş keçirildi”- bu fikirləri Belediyye.infoya Şabran bələdiyyəsinin sədri Gfidan Fərzəliyeva deyib.

Sədr bildirib ki, bu gün Surra yaşayış massivində vətəndaş müraciətləri əsasında torpaq, əkin və yaşayış sahələrinin qanunsuz zəbt olunması ilə bağlı əraziyə baxış keçirilmiş, mövcud vəziyyət yerində qiymətləndirilmişdir.

Gün ərzində sakinlərlə fərdi görüşlər aparılıb, onların şikayətləri dinlənilib və faktiki vəziyyətlə bağlı ilkin qeydlər götürülüb. Aparılan müşahidələr nəticəsində bəzi torpaq sahələrinin qanunsuz istifadə olunduğu və bu məsələnin kənd əhalisi arasında ciddi narahatlıq doğurduğu müəyyən olunub.

Sədr qeyd edib ki, belə problemli məsələlərə obyektiv və hüquqi qiymət verilməsi məqsədilə aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə komissiya yaradılıb. Komissiya tərəfindən əraziyə dəfələrlə baxış keçiriləcək, sənədlər təhlil olunacaq və hər bir hal üzrə müvafiq tədbirlər görüləcəkdir.

Sədr Fidan Fərəzliyeva bildirib ki, torpaqdan istifadədə ədalət və qanunçuluğun təmin olunması bizim əsas hədəfimizdir.

Məsələ daim nəzarətdə saxlanılması həm də vətəndaş məmnuniyyətinin təmin olunması əsas prioritetlərimizdəndir.

Belediyye.info



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər