Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

07-08-2024 , 14:56

1236

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Zirə bələdiyyə cari ildə bu layihələri icra edib

Xəzər rayonu Zirə bələdiyyəsi tərəfindən 2024-cü ilin 6 ayı ərzində görülmüş işlər haqqında  HESABATı

Hesabat dövründə hər ay ümumi iclaslar keçirilmiş, iclaslarda baxılmış məsələlərlə bağlı qərarlar qəbul edilmiş və icrası təmin edilmişdir. Müzakirə edilmiş məsələlər sırasında sosial, maliyyə məsələləri, təmir-tikinti və abadlıq işləri, vətəndaşların müraciətləri və s. olmuşdur.

Xəzər rayonu Zirə bələdiyyəsi tərəfindən 2024-cü ilin ilin 6 ayı ərzində ərzində 9 ümumi iclas keçirilərək 81 qərar qəbul edilmişdir. "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Qanunun 6.0 va 6.8-ci maddələrinə müvafiq olaraq protokollar Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinə göndərilmişdir.

Yerli özünüidarəetmədə başlıca məqsəd əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına istiqamətləndirilib. Bununla əlaqədar bələdiyyələr də ölkədə həyata keçirilən sistemli iqtisadi-sosial inkişafa öz töhfələrini verməyə nail olub. ƏIbəttə ki, ölkədə aparılan islahatlar və artan iqtisadi göstəricilər yerli özünüidarəetmə orqanlarında da öz təsirini göstərməkdədir.

Bələdiyyənin fəaliyyətində büdcənin formalaşmasına və icrasına xüsusi diqqət yetirilir. Real gəlir mənbələri müəyyənləşib, onlara uyğun xərclər nəzərdə tutulmuşdur.

Bələdiyyənin büdcəsinə daxilolmalar Vergi Məcəlləsinə və AR Nazirlər Kabinetinin qəbul etdiyi müvafiq qərərlarına əsasən hesablanır.

Əhalidən rüsumların və vergilərin yığılması zamanı vergi ödəyiciləri arasında mövcud qanunlar barədə məlumatlar verilir. Yığılan rüsumlar və vergilər haqqında məlumat hər gün təhlil edilir.

Vergilərin ödənilməsindən yayınanlara qarşı xəbərdarlıq etməklə tədbirlər görülmüşdür. Qanunvericiliyə uyğun İcra şöbələrinə 1 şəxs barədə müraciət olunmuşdur. İş hal-hazırda məhkəmə baxışındadır.

Xəzər rayon Zirə bələdiyyəsində vətəndaşların müraciətləri və qəbulu da daim diqqət mərkəzində saxlanılır.

Təhlil göstərir ki, hesabat dövründə vətəndaşlardan daxil olmuş  55  müraciət qeyd edilən məsələlərə aid olub:

Arayışların verilməsi (vergi borcların olub-olmaması,

torpaq sahələrinin ayrılıb-ayrılmaması və s.)                                                         13     

Maddi  yardım                                                                                                                       15       

Dəfnlə bağlı Dövlət Sosial Müdafiə Fonduna arayışlar                                         15     

Digər məsələlər üzrə yəni abadlıq, yaşıllıq v.s                                                        12     

Müraciətlərin  55  müsbət həll olunub                  

Hesabat dövründə  ayrı-ayrı təşkilatlardan daxil olmuş  69  məktub, müraciət, sərəncam və digər sənədlər qanunvericilikdə nəzərdə tutulmuş müddətdə baxılmış və cavablandırılmışdır.

Bələdiyyədə “qaynar xətt” də (telefon 456-84-94) fəaliyyət göstərir. Gün ərzində telefon vasitəsilə daxil olan şikayət və müraciətlər qeydə alınır, rəhbərliyə çatdırılır və tədbirlər görülür. Bayram və qeyri-iş günləri “Qaynar-xətt”də növbətçilik qrafiki üzrə məsul işçilər müraciətləri qəbul edir.

Bələdiyyədə hesabat dövründə   38   vətəndaş qəbul edilmiş, o cümlədən şəxsən sədr tərəfindən   31   nəfər.

Bələdiyyənin  sosial proqramına əsasən 15 imkansız ailəyə  maddi  köməklik göstərilmişdir.

18.01.2024-ci il tarixində “20 Yanvar" Şəhidi Nüsrət Yaqubovun ailəsinə (həyat yoldaşı Əsgərova Dilşad Əli qızı) və “20 Yanvar “ hadisələrinin iştirakçıları Rzayez Elxan İslam oğlu, Məmmədov Sahib Xanəhməd oğluna maddi yardım verilmişdir.

19.01.2024-cü il tarixində Zirə “Cümə məscidində” “20 Yanvar” şəhidlərinin xatirəsi yad edilmiş və quran oxunub ehsan verilmişdir.Mərasimdə Zirə bələdiyyəsinin sədr və müavinləri iştirak etmişlər.

20.01.2024-ci ildə Zirə qəbiristanlığında  “20 Yanvar” şəhidi Nüsrət Yaqubovun qəbri ziyarət edilmişdir. Ziyarətdə Zirə qəsəbə bələdiyyəsinin sədr və müavini iştirak etmişdir.

20.01.2024-ci ildə Xəzər rayonunun icra başçısının birinci müavini Elşən Qurbanov şəhid Nüsrət Yaqubovun evində ailəsi ilə görüşmüş, ailə üzvüləri ilə səmimi söhbəti olmuşdur. Görüşdə Zirə bələdiyyəsinin müavini də iştirak etmişdir.

28.02.2024-ci il tarixində Zirə qəsəbəsindəki Mədəniyyət evində Xəzər rayonu icra başcısı Elşən Salahovun sakinlərlə görüşü olmuşdur. İcra başçısı sakinlərin problemlərini dinləmiş onların aradan qaldırılması üçün müvafiq təşkilatlara tapşırıqlarını vermişdir.Görüşdən sonra icra başcısı Zirə qəsəbəsi ağsaqqallar şurasının üzvülərini qəbul etmişdir. Dəyirmi stol arxasında Zirə qəsəbəsində mövcud problemlər barədə fikir mübadiləsi aparılmışdır.

3.03.2024- cü il tarixində Zirə bələdiyyəsinin

22 yerli icra nümayəndəliyinin rəhbərliyi ilə qəsəbədə dağılmış asfalt yolların təmir işləri aparılmışdır.

18.03.2024-cü il tarixində Xəzər rayonundakı Qala Dövlət Tarix-Etnoqrafiya qoruğunda “Novruz bayramı” ilə əlaqədar şənlik keçirilmişdir. Şənlikdə Xəzər rayonu ərazisindəki məktəblərin şagirdlərinin əl işlərinin sərgisi də nümayiş olunmuşdur. Şənlikdə Xəzər rayonu icra başcısı Elşən Salahov iştirak etmişdir. Tədbirdə Zirə bələdiyyəsinin işçiləri də iştirak etmişlər.

18.03.2024-cü il tarixində Zirə qəsəbəsindəki Mədəniyyət evində “Novruz bayramı" ilə əlaqədar olaraq şənlik keçirilmişdir.

Şənlikdə Zirə bələdiyyəsinin nümayəndələri də iştirak etmişlər.

27.03.2024-cü il tarixində Zirə qəsəbəsindəki qəbiristanlıqda 90 ədəd qızılgül kolu əkilmişdir.

28.03.2024-ci il tarixində Şüvəlan uşaq və ailələrə dəstək mərkəzi tərəfindən Zirə bələdiyyəsində səyyar “açıq qapı günü” keçırilmişdir.

30.03.2024-cü il tarixində Qala-Pirallahi yolunun sağ hissəsində аğacəkmə aksiyasi keçirilmişdir.Aksiyada Zirə bələdiyyəsinin nümayəndələri də iştirak etmişlər.

31.03.2024-cü il tarixində erməni daşnaklarının ölkəmizdə törətdikləri soyqırımın 106-cı il dönümü ilə əlaqədar olaraq Mərdəkandakı 223-sayli orta məktəbin həyətində uyuyan türk əsgərlərinin məzarı ziyarət edilmişdir.Tədbirdə Xəzər rayonu icra nümayəndələrinin məsul işçiləri və rayonun bələdiyyə sədr və müavinləri iştirak etmişlər.

05.04.2024-cü il tarixində Heydər Əliyev fondunun təşəbbüsü ilə Xəzər rayonunun  Şüvəlan qəsəbəsində iftar süfrəsi verilmişdir.

Xəzər rayonu  icra başçısı Elşən Salahov və Şəhid ailələrinin iştirak etdikləri tədbirdə,Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan vətən övladlarının əziz ruhlarına dualar oxunmuşdur. Mərasimdə Zirə bələdiyyəsinin məsul işçiləri də iştirak etmişlər.

09.04.2024-cü il tarixində Zirə qəsəbəsindəki Mədəniyyət evində Xəzər rayonu icra başçısı Elşən Salahovun sakinlərlə görüşü olmuşdur. İcra başçısı sakinlərin problemlərini dinləmiş və onların aradan qaldırılması üçün müvafiq təşkilatlara tapşırıqlarını vermişdir. Görüşdə Zirə bələdiyyəsinin nümayəndələri də iştirak etmişlər.

19.04.2024-cü il tarixində Zirə Mədəniyyət evində Azərbaycanın xalq artisti Nurəddin Mehdixanlının iştirakı ilə ədəbi bədii gecə keçirilmişdir. Tədbirdə Zirə bələdiyyəsinin nümayəndələri də iştirak etmişlər.

20.04.2024-cü il tarixində Bələdiyyələrlə iş mərkəzinin təşəbbüsü ilə Bakının Nərimanov rayonu ərazisində ağac əkmə aksiyası keçirilmişdir.Tədbirdə Zirə bələdiyyəsinin nümayəndələri də iştirak etmişlər.

04.04.2024-cü il tarixində Bələdiyyələrlə iş mərkəzinin təşəbbüsü ilə Corat qəsəbəsi yaxınlığındakı dəniz kənarı sahədə “Yaşıl Dünya” adı ilə ağac əkmə aksiyası keçirilmişdir. Tədbirdə Zirə bələdiyyəsinin sədri və müavini iştirak etmişlər.

07.04.2024-cü il tarixində 120 saylı orta məktəbdə Şüvəlan “Ailə, qadın və uşaq problemləri” üzrə Dövlət komitəsinin nümayəndələrinin Zirə sakinləri ilə görüşü olmuşdur. Görüşdə Xəzər rayonu icra başçısının müavini Lalə Əhmədova iştirak etmişdir. Tədbirdə Zirə bələdiyyəsinin nümayəndələri də iştirak etmişlər.

13.06.2024-cü il tarixində Mərdəkan qəsəbəsində Xəzər rayonu icra hakimiyyətinin və Zirə bələdiyyəsinin nümayəndələrinin iştirakı ilə Milli Qurtuluş Günü qeyd olunmuşdur. Ulu öndərin büstünün qarşısına güllər qoyulmuş və tədbir iştirakçılarının çıxışları dinlənilmişdir.

14.06.2024-cü il tarixində Zirə qəsəbəsindəki orta məktəblərdə şagirdlərin iştirakı ilə “Son Zəng” keçirilmişdir. Tədbirdə Zirə bələdiyyəsinin nümayəndələri də iştirak etmişlər.

16.04.2024-cü il tarixində Müqəddəs Qurban bayramı ilə əlaqədar Zirə bələdiyyəsi tərəfindən 6 baş qoyun alınaraq kəsdirilmiş və 150 ailəyə (şəhid, qazi və imkansız ailələrə) 1 kq çəkisində qurban payı paylanmışdır.

 Xəzər rayonu Zirə bələdiyyəsi 

 

 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər