Zirə bələdiyyə cari ildə bu layihələri icra edib
Xəzər rayonu Zirə bələdiyyəsi tərəfindən 2024-cü ilin 6 ayı ərzində görülmüş işlər haqqında HESABATı
Hesabat dövründə hər ay ümumi iclaslar keçirilmiş,
iclaslarda baxılmış məsələlərlə bağlı qərarlar qəbul edilmiş və icrası təmin
edilmişdir. Müzakirə edilmiş məsələlər sırasında sosial, maliyyə məsələləri, təmir-tikinti
və abadlıq işləri, vətəndaşların müraciətləri və s. olmuşdur.
Xəzər rayonu Zirə bələdiyyəsi tərəfindən
2024-cü ilin ilin 6 ayı ərzində ərzində
9 ümumi
iclas keçirilərək 81 qərar
qəbul edilmişdir. "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında"
Qanunun 6.0 va
6.8-ci maddələrinə müvafiq olaraq protokollar Ədliyyə Nazirliyi Bələdiyyələrlə
İş Mərkəzinə göndərilmişdir.
Yerli özünüidarəetmədə başlıca məqsəd əhalinin
həyat səviyyəsinin yaxşılaşdırılmasına istiqamətləndirilib. Bununla əlaqədar bələdiyyələr
də ölkədə həyata keçirilən sistemli iqtisadi-sosial inkişafa öz töhfələrini
verməyə nail olub. ƏIbəttə ki, ölkədə aparılan islahatlar və artan iqtisadi
göstəricilər yerli özünüidarəetmə orqanlarında da öz təsirini göstərməkdədir.
Bələdiyyənin fəaliyyətində büdcənin
formalaşmasına və icrasına xüsusi diqqət yetirilir. Real gəlir mənbələri müəyyənləşib,
onlara uyğun xərclər nəzərdə tutulmuşdur.
Bələdiyyənin büdcəsinə daxilolmalar Vergi
Məcəlləsinə və AR Nazirlər Kabinetinin qəbul etdiyi müvafiq qərərlarına əsasən
hesablanır.
Əhalidən rüsumların və vergilərin
yığılması zamanı vergi ödəyiciləri arasında mövcud qanunlar barədə məlumatlar
verilir. Yığılan rüsumlar və vergilər haqqında məlumat hər gün təhlil edilir.
Vergilərin ödənilməsindən yayınanlara qarşı xəbərdarlıq etməklə tədbirlər
görülmüşdür. Qanunvericiliyə uyğun İcra şöbələrinə 1 şəxs barədə müraciət
olunmuşdur. İş hal-hazırda məhkəmə baxışındadır.
Xəzər rayon Zirə bələdiyyəsində vətəndaşların
müraciətləri və qəbulu da daim diqqət mərkəzində saxlanılır.
Təhlil göstərir ki, hesabat dövründə vətəndaşlardan daxil olmuş 55 müraciət qeyd edilən məsələlərə aid olub:
Arayışların verilməsi (vergi borcların
olub-olmaması,
torpaq sahələrinin ayrılıb-ayrılmaması və s.) 13
Maddi yardım 15
Dəfnlə bağlı Dövlət Sosial Müdafiə Fonduna
arayışlar 15
Digər
məsələlər üzrə yəni abadlıq, yaşıllıq v.s 12
Müraciətlərin
55 müsbət həll olunub
Hesabat dövründə ayrı-ayrı təşkilatlardan
daxil olmuş 69 məktub, müraciət, sərəncam və digər sənədlər
qanunvericilikdə nəzərdə tutulmuş müddətdə baxılmış və cavablandırılmışdır.
Bələdiyyədə “qaynar xətt” də (telefon 456-84-94) fəaliyyət göstərir.
Gün ərzində telefon vasitəsilə daxil olan şikayət və müraciətlər qeydə alınır,
rəhbərliyə çatdırılır və tədbirlər görülür. Bayram və qeyri-iş günləri
“Qaynar-xətt”də növbətçilik qrafiki üzrə məsul işçilər müraciətləri qəbul edir.
Bələdiyyədə hesabat dövründə 38 vətəndaş qəbul edilmiş, o cümlədən şəxsən sədr
tərəfindən 31 nəfər.
Bələdiyyənin sosial proqramına əsasən 15 imkansız ailəyə maddi
köməklik göstərilmişdir.
18.01.2024-ci il tarixində “20 Yanvar" Şəhidi
Nüsrət Yaqubovun ailəsinə (həyat yoldaşı Əsgərova Dilşad Əli qızı) və “20
Yanvar “ hadisələrinin iştirakçıları Rzayez Elxan İslam oğlu, Məmmədov Sahib
Xanəhməd oğluna maddi yardım verilmişdir.
19.01.2024-cü il tarixində Zirə “Cümə məscidində”
“20 Yanvar” şəhidlərinin xatirəsi yad edilmiş və quran oxunub ehsan
verilmişdir.Mərasimdə Zirə bələdiyyəsinin sədr və müavinləri iştirak etmişlər.
20.01.2024-ci ildə Zirə qəbiristanlığında “20 Yanvar” şəhidi Nüsrət Yaqubovun qəbri
ziyarət edilmişdir. Ziyarətdə Zirə qəsəbə bələdiyyəsinin sədr və müavini
iştirak etmişdir.
20.01.2024-ci ildə Xəzər rayonunun icra
başçısının birinci müavini Elşən Qurbanov şəhid Nüsrət Yaqubovun evində ailəsi
ilə görüşmüş, ailə üzvüləri ilə səmimi söhbəti olmuşdur. Görüşdə Zirə bələdiyyəsinin
müavini də iştirak etmişdir.
28.02.2024-ci il tarixində Zirə qəsəbəsindəki
Mədəniyyət evində Xəzər rayonu icra başcısı Elşən Salahovun sakinlərlə görüşü
olmuşdur. İcra başçısı sakinlərin problemlərini dinləmiş onların aradan
qaldırılması üçün müvafiq təşkilatlara tapşırıqlarını vermişdir.Görüşdən sonra
icra başcısı Zirə qəsəbəsi ağsaqqallar şurasının üzvülərini qəbul etmişdir. Dəyirmi
stol arxasında Zirə qəsəbəsində mövcud problemlər barədə fikir mübadiləsi
aparılmışdır.
3.03.2024- cü il tarixində Zirə bələdiyyəsinin
22 yerli icra nümayəndəliyinin rəhbərliyi ilə
qəsəbədə dağılmış asfalt yolların təmir işləri aparılmışdır.
18.03.2024-cü il tarixində Xəzər rayonundakı
Qala Dövlət Tarix-Etnoqrafiya qoruğunda “Novruz bayramı” ilə əlaqədar şənlik
keçirilmişdir. Şənlikdə Xəzər rayonu ərazisindəki məktəblərin şagirdlərinin əl
işlərinin sərgisi də nümayiş olunmuşdur. Şənlikdə Xəzər rayonu icra başcısı Elşən
Salahov iştirak etmişdir. Tədbirdə Zirə bələdiyyəsinin işçiləri də iştirak
etmişlər.
18.03.2024-cü il tarixində Zirə qəsəbəsindəki
Mədəniyyət evində “Novruz bayramı" ilə əlaqədar olaraq şənlik
keçirilmişdir.
Şənlikdə Zirə bələdiyyəsinin nümayəndələri də
iştirak etmişlər.
27.03.2024-cü il tarixində Zirə qəsəbəsindəki
qəbiristanlıqda 90 ədəd qızılgül kolu əkilmişdir.
28.03.2024-ci il tarixində Şüvəlan uşaq və
ailələrə dəstək mərkəzi tərəfindən Zirə bələdiyyəsində səyyar “açıq qapı günü”
keçırilmişdir.
30.03.2024-cü il tarixində Qala-Pirallahi
yolunun sağ hissəsində аğacəkmə aksiyasi keçirilmişdir.Aksiyada Zirə bələdiyyəsinin
nümayəndələri də iştirak etmişlər.
31.03.2024-cü il tarixində erməni
daşnaklarının ölkəmizdə törətdikləri soyqırımın 106-cı il dönümü ilə əlaqədar
olaraq Mərdəkandakı 223-sayli orta məktəbin həyətində uyuyan türk əsgərlərinin
məzarı ziyarət edilmişdir.Tədbirdə Xəzər rayonu icra nümayəndələrinin məsul
işçiləri və rayonun bələdiyyə sədr və müavinləri iştirak etmişlər.
05.04.2024-cü il tarixində Heydər Əliyev fondunun təşəbbüsü ilə Xəzər
rayonunun Şüvəlan qəsəbəsində iftar süfrəsi
verilmişdir.
Xəzər rayonu icra başçısı Elşən
Salahov və Şəhid ailələrinin iştirak etdikləri tədbirdə,Azərbaycanın müstəqilliyi
və ərazi bütövlüyü uğrunda şəhid olan vətən övladlarının əziz ruhlarına dualar
oxunmuşdur. Mərasimdə Zirə bələdiyyəsinin məsul işçiləri də iştirak etmişlər.
09.04.2024-cü il tarixində Zirə qəsəbəsindəki Mədəniyyət evində Xəzər
rayonu icra başçısı Elşən Salahovun sakinlərlə görüşü olmuşdur. İcra başçısı
sakinlərin problemlərini dinləmiş və onların aradan qaldırılması üçün müvafiq təşkilatlara
tapşırıqlarını vermişdir. Görüşdə Zirə bələdiyyəsinin nümayəndələri də iştirak
etmişlər.
19.04.2024-cü il tarixində Zirə Mədəniyyət evində Azərbaycanın xalq
artisti Nurəddin Mehdixanlının iştirakı ilə ədəbi bədii gecə keçirilmişdir. Tədbirdə
Zirə bələdiyyəsinin nümayəndələri də iştirak etmişlər.
20.04.2024-cü il tarixində Bələdiyyələrlə iş mərkəzinin təşəbbüsü ilə
Bakının Nərimanov rayonu ərazisində ağac əkmə aksiyası keçirilmişdir.Tədbirdə
Zirə bələdiyyəsinin nümayəndələri də iştirak etmişlər.
04.04.2024-cü il tarixində Bələdiyyələrlə iş mərkəzinin təşəbbüsü ilə
Corat qəsəbəsi yaxınlığındakı dəniz kənarı sahədə “Yaşıl Dünya” adı ilə ağac əkmə
aksiyası keçirilmişdir. Tədbirdə Zirə bələdiyyəsinin sədri və müavini iştirak
etmişlər.
07.04.2024-cü il tarixində 120 saylı orta məktəbdə Şüvəlan “Ailə,
qadın və uşaq problemləri” üzrə Dövlət komitəsinin nümayəndələrinin Zirə sakinləri
ilə görüşü olmuşdur. Görüşdə Xəzər rayonu icra başçısının müavini Lalə Əhmədova
iştirak etmişdir. Tədbirdə Zirə bələdiyyəsinin nümayəndələri də iştirak etmişlər.
13.06.2024-cü il tarixində Mərdəkan qəsəbəsində Xəzər rayonu icra
hakimiyyətinin və Zirə bələdiyyəsinin nümayəndələrinin iştirakı ilə Milli
Qurtuluş Günü qeyd olunmuşdur. Ulu öndərin büstünün qarşısına güllər qoyulmuş və
tədbir iştirakçılarının çıxışları dinlənilmişdir.
14.06.2024-cü il tarixində Zirə qəsəbəsindəki orta məktəblərdə
şagirdlərin iştirakı ilə “Son Zəng” keçirilmişdir. Tədbirdə Zirə bələdiyyəsinin
nümayəndələri də iştirak etmişlər.
16.04.2024-cü il tarixində Müqəddəs Qurban bayramı ilə əlaqədar Zirə
bələdiyyəsi tərəfindən 6 baş qoyun alınaraq kəsdirilmiş və 150 ailəyə (şəhid,
qazi və imkansız ailələrə) 1 kq çəkisində qurban payı paylanmışdır.
Xəzər rayonu Zirə bələdiyyəsi
Rəylər
0 Rəy