Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

02-08-2024 , 18:31

1459

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Binə bələdiyyəsi HESABATını təqdim edir

 Xəzər rayonu Binə bələdiyyəsi tərəfindən 2024-cü ilin birinci yarımilində görülmüş işlər haqqında, o cümlədən maliyyə vəsaitlərinin və bələdiyyə mülkiyyətinin istifadəsi haqqında HESABATını təqdim edir.

Hesabat dövrünün əvvəlində bələdiyyə iş planı təsdiq etmiş,  hər ay ümumi iclaslar keçirilmiş, iclaslarda baxılmış məsələlərlə bağlı qərarlar qəbul edilmiş və həmin məsələlərin icrası təmin edilmişdir. Müzakirə edilmiş məsələlər arasında sosial, maliyyə məsələləri, təmir-tikinti, abadlıq və quruculuq işləri, vətəndaşların müraciətləri və s. olmuşdur.

Xəzər rayonu Binə bələdiyyəsi tərəfindən 2024-cü ilin birinci yarımili ərzində 8 ümumi iclas keçirilərək 36 qərar qəbul edilmişdir. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanunun 6.0 və 6.8-ci maddələrinə müvafiq olaraq protokollar Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Baş İdarəsinə göndərilmişdir.

Yerli Özünüidarəetmədə başlıca məqsəd əhalinin həyat səviyyəsinin və rifahının yaxşılaşdırılmasına istiqamətləndirilib. Bununla əlaqədar bələdiyyələr də ölkədə həyata keçirilən sistemli iqtisadi-sosial inkişafa öz töhfələrini verməyə nail olmuşdur. Əlbəttə ölkədə aparılan islahatlar və artan iqtisadi göstəricilər yerli özünüidarəetmə orqanlarında da öz təsirini göstərməkdədir.

Bələdiyyənin fəaliyyətində büdcənin formalaşmasına və icrasına xüsusi diqqət yetirib, real gəlir mənbələri müəyyənləşib, onlara uyğun xərclər nəzərdə tutulmuşdur.

Bələdiyyənin büdcəsinə daxilolmalar AR Nazirlər Kabinetinin, Vergi Məcəlləsinə və Bələdiyyənin qəbul etdiyi müvafiq qərarlarına əsasən hesablanır.

Əhalidən rüsümların və vergilərin yığılması zamanı vergi ödəyicilərinə mövcüd qanunlar barədə məlumatlar verilir. Yığılan rüsümlar və vergilər haqqında məlumat hər gün təhlil edilir.

Ödənilmiş vergilər və  rüsumlar bələdiyyə büdcəsinə mədaxil olaraq, aidiyyatı təşkilatlara verilən maliyyə hesabatlarında öz əksini tapmışdır.

Bələdiyyənin vergi bazası genişdir. 2024-cü ilin 6 ayı ərzində bələdiyyə büdcəsinə 79507 manat gəlir daxil olmuş, xərclər 84417  manat  təşkil etmişdir.

Büdcə gəlirlərinin əsas mənbəyi olan torpaq icarəsindən 4200 və torpaq vergisindən- 5062  manat, əmlak vergisi- 70245 manat daxil olmuşdur.

Bələdiyyə büdcəsinə daxil olmuş vəsaitlər aşağıdakı istiqamətlərdə xərclənmişdir.

Daimi əsaslarla bələdiyyədə çalışan bələdiyyə üzvlərinin və qulluqcularının əmək haqqına-18450 manat, DSMF-7900 manat, bələdiyyənin saxlanmasına- 41917 manat , sosial yardımlar üzrə ödənişlər- 10050 manat, abadlıq, quruculuq təmir işlərinə 2000_manat, idman və mədəni-kütləvi bayram tədbirlərinə 4100  manat xərclənmişdir.

Hesabat dövründə qəsəbənin keçmiş Hövsan südçülük sovxozu, Donuzkökəltmə sovxozu, R.Əşrəfov küçəsi, Ə.İsazadə küçəsi, N.Abbasov küçəsi, Xəqani küçəsi, Nəsimi küçəsi, Dəmiryolçular küçəsi və sair küçələrin təmirinə və məhəllə yollarının qreyderlə hamarlanmasına, yollara şebel tökülüb yayılmasına, abadlıq, quruculuq işlərinin aparılmasına maliyyə vəsaiti ayrılmışdır.

Hesabat dövrünün əvvəlində 20 Yanvar faciəsinin 34 illiyi ilə əlaqədar olaraq qəsəbədə yaşayan 20 Yanvar əlilləri və şəhid ailələrinin hər birinə bələdiyyə büdcəsindən 50(əlli) manat pul vəsaiti ayrılmış, Binə bələdiyyəsinə yeni avtonəqliyyat vasitəsinin alınması üçün maliyyə vəsaiti ayrılmış, 8 Mart Beynəlxalq Qadınlar Bayramı, Novruz Bayramı və Ramazan bayamı münasibətilə qəsəbəmizdə yaşayan bəzi şəhid ailələri və qazilərin təbrik olunması məqsədilə bələdiyyə büdcəsindən maliyyə vəsaiti ayrılmış və həmin ailələrə sovqat verilmişdir.

Novruz bayramı münasibətilə Binə bələdiyyəsi tərəfindən “Bahar Kuboku” və ümummilli lider Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə futbol turnirlərinin təşkil olunması, turnirin qaliblərinə müxtəlif hədiyyələr verilməsi, həmçinin kubok, medal və diplomlarla təltif olunmasından ötrü bələdiyyə büdcəsindən maliyyə vəsaiti ayrılmış və aidiyyatıüzrə xərclənmişdir.

Qəsəbədə yaşayan 6 (altı) nəfər Çernobil əlilinə faciənin ildönümü münasibətilə bələdiyyə büdcəsindən maddi yardım ayrılmışdır.

 Şəhid ailələrinə  Müqəddəs Qurban Bayramı münasibətilə  bayram sovqatının verilməsi və 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə qəsəbədə yaşayan şəhid ailələrinin uşaqlarına hədiyyə alınmasından ötrü maliyyə vəsaiti ayrılmış və aidiyyatı üzrə xərclənmişdir.

Həmçinin Binə bələdiyyəsinin işçilərinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanması məqsədi ilə “Qala-Həyat” sığorta şirkəti ilə bir illik müqavilə bağlayaraq bələdiyyə büdcəsindən pul vəsaiti ayrılmışdır.

Xəzər rayon Binə bələdiyyəsində vətəndaşların müraciətləri və qəbulu da daim diqqət mərkəzində saxlanılır. Belə ki, yarımil ərzində  vətəndaşlardan 583  müraciət daxil olmuş və müraciətdə qeyd  olunan məsələlər araşdırılaraq həlli istiqamətində müvafiq tədbirlər görülmüşdür.

Hesabat dövründə  ayrı-ayrı təşkilatlardan daxil olmuş 87 məktub, müraciət, sərəncam və digər sənədlər qanunvericilikdə nəzərdə tutulmuş müddətdə baxılmış və cavablandırılmışdır.

Vətəndaşların müraciətləri ilə bağlı Bələdiyyədə onlara hüquqi yardım göstərilməsi də həyata keçirilir.

Bələdiyyədə 012-456-08-98 telefon nömrəsi fəaliyyət göstərməkdədir. Gün ərzində telefon vasitəsilə daxil olan şikayət və müraciətlər qeydə alınır və lazımi tədbirlər görülür. Bayram və qeyri-iş günləri həmin telefon nömrəsi vasitəsilə növbətçilik qrafiki üzrə məsul işçilər müraciətləri qəbul edir.

Bələdiyyə seçkili orqan olaraq çalışır ki, seçicilərlə ünsiyyətini daha da genişləndirsin. Daimi komissiyalar, “İctimai-Humanitar Məsələləri sektor”u ilə birlikdə əhaliyə bələdiyyənin fəaliyyəti haqqında ətraflı məlumatların çatdırılmasında aktiv mövqe tutur və ötən illərlə müqayisədə bu sahədə irəliləyiş var. 

Xəzər rayon Binə bələdiyyəsi qəsəbənin inzibati ərazisində yaşayan vətəndaşlara və media orqanlarına yarımillik hesabatı elan, internet saytı və.s vasitələrlə çatdırır.

 H.S.Həmidov

Xəzər rayonu Binə bələdiyyəsinin sədri

                                                                          

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər