Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

14-06-2024 , 15:00

1587

Son xəbərlər

Bütün xəbərlər

 Problemin həlli üçün ən effektiv yol 

Elmi-Praktik Məsələlər
20-12-2024

Məmur məhkəmə zalında həbs edildi

Gündəlik Xəbərlər
19-12-2024

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Təmraz Tağıyev: “Azərbaycanda müstəqil dövlətçilik ənənələrinin formalaşdırılmasında umummilli lider Heydər Əliyevin fədakar xidmətləri danılmazdır”

“Tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 1993-cü ilin 15 iyun gününü yaradan Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqa arxa olan Ulu öndər - Heydər Əliyevdir”- bu fikriləri Nərimanov Bələdiyyəsinin sədri, iyirmi iki il ərzində YAP-ın Nərimanov təşkilatının sədri olmuş Təmraz Tağıyev bildirib. 

Bir çox tarixi məqamlara toxunan Təmraz Tağıyev daha sonra deyib:

“Ölkənin ali qanunvericilik orqanı xalqın arzu və istəklərini nəzərə alaraq ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı gününü əbədiləşdirdi. 1997-ci ilin 27 iyun tarixində qəbul edilən Milli Məclisin tarixi qərarında deyilirdi: "Azərbaycan xalqının azadlığının, müstəqil dövlətçiliyinin müqəddəratının həll edildiyi ən ağır günlərdə Heydər Əliyevin Azərbaycan  xalqının iradəsinə tabe olaraq ölkə rəhbərliyinə qayıtması, əslində, onun müstəqil Azərbaycan Respublikasını, Azərbaycan xalqını, milli azadlıq hərəkatında qazanılmış tarixi nailiyyətləri məhv olmaqdan xilas etmək kimi çox çətin və şərəfli bir missiyanı könüllü olaraq öz üzərinə götürməsi idi. Bu, sözün əsl mənasında, "ömrümün qalan hissəsini də xalqıma qurban verirəm" deyib meydana atılan böyük ürəkli Vətən oğlunun öz xalqı, öz Vətəni qarşısında misilsiz fədakarlığı idi".

Bu gün Azərbaycanda həqiqətən müstəqil dövlətçilik ənənələri formalaşdırılmışdır və bu tarixi uğurun əldə edilməsində ümummilli lider Heydər Əliyevin fədakar xidmətləri danılmazdır və müstəsna əhəmiyyəti vardır.

Ümummilli lider Heydər Əliyev deyirdi: "Heç bir qüvvə bundan sonra Azərbaycanın müstəqilliyini əlindən ala bilməz. Bundan sonra heç bir qüvvə Azərbaycan dövlətçiliyini məhv edə bilməz". Bu onu göstərir ki, nə qədər Azərbaycan var, Heydər Əliyev də olacaq, onun ideyaları daim yaşayacaq, bizi doğru yolla, irəliyə aparacaqdır.

Ulu öndərin siyasi kursu bu gün Prezident, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilir. Bu gün ərazi bütovlüyümüzü bərpa etməklə Azərbaycan həm də  dünyada söz sahibinə çevrilmişdir. Hazırda ölkəmiz tərəqqi və inkişaf yolundadır. Bu tərəqqi ulu öndər Heydər Əliyev ideyalarının təntənəsidir, möhtərəm Prezidentimiz İlham Əliyevin qayğı və diqqətinin təzahürüdür. 

Sonda Təmraz Tağıyev bildirib ki, Azərbaycanmızın inkişafı və tərəqqsi uğrunda mən də YAP-ın sıravi əsgəri kimi bundan sonra da öz bilik və bacarığımı əsirgəməyəcəyəm.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər