Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

16-05-2023 , 19:35

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +
Badamdar bələdiyyəsində Ulu öndərin anadan olmasının yüz illiyinə həsr olunan tədbir keçirilib

16 may 2023-cü il tarixdə Səbail rayonu Badamdar bələdiyyəsində Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş  tədbir keçirilib. 

Tədbirdə Badamdar  bələdiyyəsinin sədri Təzəxan Məmmədov, sədr müavinləri Rauf Mayilov və  Xədicə Həsənova, bələdiyyə üzvləri və  qulluqçuları, habelə önüllülər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Badamdar bələdiyyəsinin Təzəxan Məmmədov iştirakçıları salamlayaraq, müasir Azərbaycanın memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin xatirəsini 1 dəqiqəlik sükutla yad etməyə çağırıb. Sədr çıxışında Azərbaycan tarixinin 1960-cı illərin sonundan başlayaraq otuz ildən artıq bir dövrünün Ulu Öndərin adı ilə bağlı olduğunu bildirib: “Həm respublikaya birinci dəfə rəhbərlik etdiyi 1969–1982-ci illərdə, həm SSRİ-nin ali hakimiyyət orqanlarında təmsil olunduğu dövrdə, həm də müstəqil Azərbaycanın Prezidenti kimi Heydər Əliyev öz fəaliyyətində həmişə Vətənimizin ictimai–siyasi, sosial–iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəlişə xidmət edib, onun tərəqqisi üçün var qüvvəsi ilə çalışıb. Azərbaycanın ən çətin günlərində məsuliyyəti öz üzərinə götürüb, onu bir dövlət kimi tarixin ağır və sərt sınaqlarından çıxararaq bugünkü gerçəkliyinin və işıqlı sabahının möhkəm təməlini yaradıb". Ulu öndər Heydər Əliyevin bələdiyyə sisteminin yaradılmasında və inkişafı istiqamətində olan xidmətlərini də çıxışı zaman xüsusi vurğulayan T.Məmmədov bu gün bütün sahələrdə təməli Ümumilli Lider tərəfindən qoyulmuş siyasətin möhtərəm cənab Prezident İlham Əliyev tərəfindən layiqincə, uğurla, əzm və peşəkarlıqla davam etdirildiyini qeyd edib.

Tədbirdə həmçinin sədr müavinləri Rauf Mayılov və Xədicə Həsənova  Ulu Öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, Azərbaycanın inkişafı və milli dövlətçiliyin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətlərindən və böyük xilaskarlıq missiyasından və bələdiyyə sisteminə verdiyi töhfələrdən  danışıblar.

Tədbir xatirə şəklinin çəkilməsi ilə yekublaşıb.

Belediyye.info


 

 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər