Buzovna qəsəbəsində şəhid və qazi ailələrinə
iftar süfrəsi açılıb
Buzovna qəsəbəsində şəhid ailələri və qazilər
üçün iftar süfrəsi açılıb
Bu gün Xəzər rayonu Buzovna
bələdiyyəsinin təşkilatıçılğı ilə müqəddəs Ramazan ayı münasibətilə şəhid
ailələri və qazilər üçün iftar süfrəsi açılıb. İftar mərasimində Buzovna
bələdiyyəsinin sədri Mətləb Əliyev, Xəzər RİH başçısnın Buzovna qəsəbəsi üzrə
nümayəndəsinin təmsilçiləri, qəsəbə məscidinin axundu Hacı Soltan Əlizadə,
qəsəbənin ağsaqqalları, müharibə veteranları və gənc tələbələri iştirak
ediblər.
Tədbirdə çıxış edən axundu Hacı Soltan
Əlizadə Ramazan ayının insanlar arasında mənəvi saflıq və paklıq ayı
olmasını qeyd edib. “Quran-Kərimdən”dan bir parça oxuyandan sonra axund
Hacı Soltan Əlizadə dövlətimizin başçısının şəhid ailələrinə göstərdiyi diqqət
və qayğıdan danışaraq, ölkəmizdə həyata keçirilən dövlət-din siyasətindən, Ramazan
ayının fəzilətindən danışıb.
Şəhid ailələrinin üzvləri onlara göstərilən
diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident
Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Rəylər
0 Rəy