Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

02-11-2026 , 09:59

146

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Əlihüseyn Ağayev: “Büdcə gəlirləri artdıqca sakinlərə göstərilən xidmət səviyyəsi də yüksəlir”

Sabunçu rayonu, Nardaran bələdiyyəsində gələn ilin büdcə layihəsinin müzakirəsi keçirilib. 2027-ci il üçün bələdiyyə büdcəsinin gəlirlərinin 330 min manat təşkil etməsi proqnozlaşdırılır. Növbəti ildə büdcə xərclərinin əsas hissəsinin qəsəbənin abadlaşdırılmasına və yeni abad məhəllələrin salınmasına yönəldilməsi nəzərdə tutulur.

Bu barədə Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Əlihüseyn Ağayev məlumat verib.

Sədr bildirib ki, bununla yanaşı, büdcə layihəsində vətəndaşların müraciətləri əsasında qaldırılan problemlərin həlli üçün də maliyyə vəsaitinin ayrılması nəzərdə tutulub.

Onun sözlərinə görə, bələdiyyə fəaliyyətinin bütün mərhələlərində əsas diqqət büdcə gəlirlərinin artırılmasına yönəldilir. Bu məqsədlə sakinlərlə mütəmadi olaraq maarifləndirici görüşlər keçirilir. Görüşlər zamanı vergi ödəyicilərinə bələdiyyə vergilərinin vaxtında ödənilməsinin əhəmiyyəti izah olunur, büdcə gəlirlərinin artmasının sakinlərin qaldırdıqları problemlərin daha operativ həllinə imkan yaratdığı diqqətə çatdırılır.

Əlihüseyn Ağayev məhz bu maarifləndirmə tədbirlərinin nəticəsi olaraq bələdiyyə büdcəsinin gəlirlərində əhəmiyyətli artımın qeydə alındığını bildirib.

Sədrin sözlərinə görə, 2025-ci ilin ilk 10 ayında bələdiyyənin gəlirləri 103 644 manat təşkil etdiyi halda, cari ilin müvafiq dövründə bu göstərici 240 785 manata yüksəlib. Bu isə gəlirlərin 137 141 manat artması deməkdir.

“Büdcə gəlirləri artdıqca sakinlərə göstərilən xidmətlərin səviyyəsi də yüksəlir. Bu gün Nardaran bələdiyyəsinin kollektivinin əsas məqsədi məhz büdcə gəlirlərini artırmaqla qəsəbə sakinlərinin problemlərinin daha operativ həllinə nail olmaq və onlara göstərilən xidmətlərin keyfiyyətini yüksəltməkdir”, – deyə Əlihüseyn Ağayev vurğulayıb.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər