Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

20-09-2026 , 21:37

146

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Telman Süleymanov: “Bələdiyyənin göstəricisi verilən vədlərin sayı deyil, vaxtında həll olunan problemlərin sayıdır”

“Bu gün bələdiyyə vətəndaşın problemini dinləyən yox, həll edən qurum olmalıdır”- bu fikirləri Belediyye.infoya Xəzər rayonu, Şüvəlan bələdiyyəsinin sədri Telman Süleymanov deyib. 

Sədr qeyd edib ki, bu gün vətəndaşın bələdiyyədən gözləntisi çox sadədir: yəni problemini çatdırmaq, cavab almaq və nəticəni görmək. 

Sədr təklif edib ki, bələdiyyələrdə “Bir müraciət – bir məsul şəxs – bir nəticə” prinsipi tətbiq olunması vətəndaş- bələdiyyə münasibətlərinin tənzimlənməsinə töhfə vermiş olacaqdır. 

Vətəndaş müraciət etdikdə onun problemi sistemdə qeydiyyata alınmalı, müraciətə konkret məsul şəxs təyin edilməli və həll üçün müddət müəyyənləşdirilməlidir. Vətəndaş isə müraciətinin hansı mərhələdə olduğunu onlayn və ya SMS vasitəsilə izləyə bilməlidir.

Ən vacibi isə budur: vətəndaş bələdiyyənin qapısını döymək üçün günlərlə gözləməməlidir. Bələdiyyə vətəndaşın problemini görmək üçün onun müraciətini gözləməməlidir.

Çünki yaxşı bələdiyyənin göstəricisi verilən vədlərin sayı deyil, vaxtında həll olunan problemlərin sayıdır.

Bizim qaldırdığımız məsələlərin bir çoxunu artıq Şüvəlan bələdiyyəsində tətbiqinə başlanılıb.

Sədr bildirib ki, yalnız bu halda vətəndaş məmnunluğunu ürəklaçan səviyyədə tətbiq etmiş olarıq. Odur ki, hər hansı yeniliyin tətbiqindən çəkinməməli,  seçicilərin qaldırdığı məsələlərin operativ həllinə daim diqqətdə saxlamalıyıq.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər