Binəqədi bələdiyyəsi növbəti sosial aksiya keçirib
Binəqədi Bələdiyyəsi sosial qayğıya ehtiyacı olan ailələrə və aztəminatlı ailələrə dəstək aksiyası həyata keçirib.
Bələdiyyə tərəfindən ehtiyacı olan ailələrin övladlarına məktəbli formaları təqdim
olunub, hədiyyələr verilib. Aksiyanın əsas məqsədi yeni tədris ili ərəfəsində
sosial qayğıya ehtiyacı olan ailələrə diqqət və qayğı göstərmək, onların
sevincinə şərik olmaqdır.
Hədiyyələr Binəqədi Bələdiyyəsinin sədri Mürsəl Eminov tərəfindən
təqdim olunub. Görüşdə Binəqədi rayon Binəqədi Bələdiyyəsinin Yerli Sosial Məsələlər
üzrə Daimi Komissiyanın sədri Nərgiz Şərifova iştirak edib.
Binəqədi Bələdiyyəsi bundan sonra da sosial həssas qruplara, ehtiyaclı ailələrə və sakinlərə dəstək istiqamətində fəaliyyətini davam etdirəcək.
Binəqədi bələdiyyəsi
Rəylər
0 Rəy