Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

04-09-2026 , 20:28

175

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Rizvan Rəhimov: “Bələdiyyədə qurulan sistemli fəaliyyətin nəticəsidir ki,…”


“Bələdiyyənin inkişafı ilk növbədə vergi-uçot sisteminin hansı səviyyədə qurulmasından çox asılıdır”-bu fikirləri Belediyye.infoya Xəzər rayonu, Şüvəlan bələdiyyəsinin Vergi xidmətinin rəhbəri Rizvan Rəhimov deyib.

Rizvan Rəhimov deyib ki, Şüvəlan bələdiyyəsinin sədri Telman Süleymanovun təşəbbüsü və bilavasitə iştirakı ilə bələdiyyədə qurulan sistemli fəaliyyətin nəticəsidir ki, bu gün  büdcə gəlirlərində kifayət qədər artım müşahidə olunub.  

Vergi xidmətinin rəhbəri bildirib ki, cari ilin avqust ayında ən yüksək rəqəmlər əldə olunub. Belə ki, avqust ayında ümumi olaraq 43.850 manat əldə olunub ki, onunda 24.714 manatı əmlak vergisindən, 19.136 manatı isə torpaq vergisindən daxil olub. 2025 və 2024-cü illərin avqust ayı üzrə müqayisədə artımın həcmi  2025-ci illə müqayisədə 34 faiz, 2024-cü illə müqayisədə isə 98 faiz müşahidə olunub.

Xidmət rəhbəri əlavə edib ki, 2025-ci ilin avqust ayında 32.567 manat əldə olunub ki, onunda 14.185 manatı əmlak vergisindən, 18.381 manatı torpaq vergisindən əldə olunub. 2024-cü ildə isə 22.143 manat əldə olunub  ki, onunda 12.838 manatı əmlak vergisindən, 9.304 manatı torpaq vergisindən əldə olunub.

Xidmət rəhbəri onu da əlavə edib ki, artım səkkiz ay ərzində əldə olunan rəqəmlərdə də müşahidə olunub. Cari ilin səkkiz ayı ərzində əldə olunan 220.660  manatın 159.897 manatı əmlak vergisindən, 60.763 manatı isə torpaq vergisindən əldə ounmuşdursa, 2025-ci il üzrə rəqəmlər   121.116 manat olub ki, onunda 90.766 manatı əmlak vergisindən, 30.349 manatı torpaq vergisindən daxil olub.

2024-cü il üzrə bələdiyyə büdcəsinə 105.356  manat daxil olub ki, onunda 85.111  manatı əmlak vergisindən, 20.245 manatı torpaq vergisindən əldə olunub.

Göründüyü kimi, səkkiz ay üzrə ümumi büdcə gəlirlərində artım 2025-ci illə müqayisədə 82 faiz, 2024-cü illə müqayisədə isə 109 faiz olub.

Rizvan Rəhimov bildirib ki, hazırda vergi xidmətinin əsas məqsədi hədəfə doğru addım atmaqdır. Bələdiyyə sədri Telman Süleymanovun cari ildə vergi xidməti qarşısnda qoyduğu hədəf isə 400 min manatlıq büdcə gəliri əldə etməkdir. İnanırıq ki, kollektivin birgə səyi ilə bu hədəfə çatacağıq.

Hədəfə doğru irəliləmək üçün vergi xidmətinin  əməkdaşları mütəmadi olaraq seçicilərlə görüşlər keçirir, onları narahat edən məsələlər müzakirə edilir, qanunvericiliyin tələbləri izah edilir. Bununla yanaşı növbəti ildən bildirişlərin onlayn qaydada göndərilməsi ilə bağlı müvafiq qərardan sonra  vergi ödəyiciləri haqqında məlumatlar bir daha dəqiqləşdirilir, təkrarçılıq halları aradan qaldırılır.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz