İxdiyar Nəcəfov: “Bu gün bələdiyyənin qəsəbədə çəki və nüfuzunun artması üçün kollektivin hər bir üzvü öz töhfəsini verməkdədir”
“Bu gün Qaraçuxur bələdiyyəsi Suraxanı RİH -in dəstəyi ilə rayon ərazisində aparılan abadlıq-quruculuq işlərinə, habelə vətəndaş məmnunluğunun təmin edilməsinə öz töhfəsini verməkdədir”- bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri İxdiyar Nəcəfov deyib.
Sədr
qeyd edib ki, bələdiyyənin kollektivi hazırda Bələdiyyələrin Vahid İnformasiya
Sisteminin verdiyi imkanlardan lazımı səviyyədə yararlanmaqla büdcə gəlirlərini
artırmağa çalışır. Büdcə gəlirlərimiz artarsa sakinlərin hər bir müraciətinin də
həllində bələdiyyə daha sürətli şəkildə öz dəstəyini göstərə bilər. Odur ki,
vergi ödəyicilərimizlə keçirilən hər bir görüşdə onlara həm vergi qanunvericiliyi
izah edilir, həm də əldə olunan vəsaitlə qəsəbə ərazisində həyata keçirilən işlər
barəsində məlumatlar verilir.
Hazırda
bələdiyyənin inzibati binasında bələdiyyə qulluqçularının normal fəaliyyəti üçün
cari təmir işləri həyata keçirilir. Bununla yanaşı vətəndaşların daha rahat qəbulu
və qaldırdıqları məslələrin daha operativ həlli üçün bələdiyyənin inzibati
binasında ayrıca otaq istifadəyə hazırlanır.
Sədr qeyd edib ki, Qaraçuxur bələdiyyəsinin inzibati binası bələdiyyənin maliyyəsi ilə 2001- ci ilin sentybarında istifadəyə verilib. Bu gün bələdiyyənin qəsəbədə çəki və nüfuzunun artması üçün kollektivin hər bir üzvü öz töhfəsini verməkdədir.
Belediyye.info
Rəylər
0 Rəy