Səbail bələdiyyəsində sakinlərlə növbəti qəbul keçirilib
Səbail Bələdiyyəsinin inzibati binasında sakinlərin müraciətlərinin dinlənilməsi və qaldırılan məsələlərin müzakirəsi məqsədilə növbəti görüş keçirilib.
Qəbul zamanı sakinlər onları narahat edən müxtəlif məsələləri
diqqətə çatdırıb, öz müraciət və təkliflərini səsləndiriblər. Görüşdə vətəndaşların
problemləri dinlənilib, aidiyyəti məsələlərlə bağlı müvafiq izahlar verilib və
həlli mümkün olan müraciətlərin icrası ilə bağlı tədbirlər müəyyənləşdirilib.
Sakinlərlə birbaşa ünsiyyət və onların müraciətlərinin dinlənilməsi Səbail Bələdiyyəsinin fəaliyyətində əsas istiqamətlərdən biridir.
Səbail bələdiyyəsi
Rəylər
0 Rəy