Xətai rayonunda Xalq artisti Afaq Bəşirqızı ilə görüş keçirilib
17 avqust 2026-cı il tarixində Heydər Əliyev adına İstirahət Parkının amfiteatr səhnəsində Xətai Rayon İcra Hakimiyyəti və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Azərbaycanın Xalq artisti Afaq Bəşirqızı ilə görüş keçirilib.
Tədbirdə Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq
Quluyev, Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev,
Xətai Rayon Bələdiyyəsinin sədri Elşad Vəliyev, Xalq artisti Valeh Kərimov,
“Space” televiziyasının baş direktoru Ayaz Mustafayev, Xətai Rayon Bələdiyyəsinin
əməkdaşları və rayon sakinləri iştirak ediblər.
Görüşdə Azərbaycan teatr və kino sənətinin inkişafında mühüm
xidmətləri olan Afaq Bəşirqızının zəngin yaradıcılıq fəaliyyəti və sənət yolu
barədə söhbət aparılıb. Xalq artistinin çoxillik səhnə fəaliyyəti, Azərbaycan mədəniyyətinin
inkişafına verdiyi töhfələr və tamaşaçı sevgisi xüsusi vurğulanıb.
Səmimi şəraitdə keçən görüş zamanı Afaq Bəşirqızı
yaradıcılıq fəaliyyəti ilə bağlı xatirələrini bölüşüb, sənət yolu və səhnə fəaliyyəti
barədə danışıb, rayon sakinlərinin suallarını cavablandırıb.
Tədbirin musiqili qonaqları Əməkdar artist Amil Həsənoğlu,
Şölə Səfərəliyeva və gənc müğənni Rəsul Əfəndiyev olub. İfaçıların təqdim
etdiyi musiqi nömrələri tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb və
görüşə xüsusi rəng qatıb.
Çıxışlar zamanı Azərbaycan mədəniyyətinin və incəsənətinin
inkişafında tanınmış sənətkarların xidmətləri qeyd olunub, bu cür mədəni tədbirlərin
rayon sakinlərinin asudə vaxtının səmərəli təşkili baxımından əhəmiyyəti
vurğulanıb.
Görüş Xətai rayon sakinlərinin böyük marağı ilə qarşılanıb və iştirakçılara xoş təəssüratlar bəxş edib. Tədbirin keçirilməsi rayonun ictimai-mədəni həyatının zənginləşdirilməsi və sakinlərin mədəni tədbirlərə marağının artırılması baxımından əhəmiyyətli olub.
Rəylər
0 Rəy