Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

18-08-2026 , 17:22

430

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

 Ziyarətində olduğum üç bələdiyyədə narahat qaldığım məqam

Bu gün Suraxanı rayonunda formalaşan üç bələdiyyədə - Bülbülə, Əmircan və  Qaraçuxurda oldum. Əmircan bələdiyyəsində yeni seçilən xanım sədrlə ətraflı söhbətim oldu. On beş dəqiqəlik söhbətimdə sədrin yüksək intellektual səviyyəyə sahib olduğunu gördüm. Etiraf edim ki, bələdiyyədə sədr dəyişikliyinin olması barədə məlumatım yox idi.

Digər bələdiyyələrdə isə sədrin biri iclasda, digəri məzuniyyətdə olsa da, hər birində iş prosesinin saat mexanizmi kimi öz axarında getməsi diqqətimi çəkdi. Hər halda sədrlər tərəfindən bu cür fəaliyyətin qurulması ərazidə bələdiyyənin çəki və nüfuzuna öz müsbət təsirini göstərmiş olur.  

Narahat qaldığım məqam isə Əmircan bələdiyyəsinin sədri Emil Yusifovun səhhəti ilə əlaqədar istefa verməsi oldu. Allah şəfasını versin.

Əlavə edim ki, ölkəmizdə bələdiyyələrin fəaliyyəti 2000-ci ildən, Əmircan bələdiyyəsində isə bu rəqəm 2025-ci ilin fevralından başlayır. Məhz 2025-ci ilin fevralından başlayaraq bələdiyyənin fəaliyyətində inqilabi dəyişikliklər baş verdi. Həm əvvəlki illərdən yığılıb qalmış DSMF borcu bağlanıldı, həm inzibati binada əsaslı təmir işləri aparıldı, həm də vətəndaş-bələdiyyə münasibətlərində yeni dövr başladı. Bu layihələrin müəllifinin isə Emil Yusifov olduğunu danmaq olmaz.

İnanıram ki, Əmircan bələdiyyəsində başlanan intensiv fəaliyyət yeni xanım sədrin dövründə daha da artaraq təcrübəsi yayıla biləcək bir səviyyəyə çatacaq. 

(Ardı var...)

Vüqar Tofiqli

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Bu gün onun günüdür

Bakı
07-05-2026
3552