Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

29-07-2026 , 19:34

83

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Elşad Vəliyev: “Əhalinin təhlükəsizliyinin təmin olunması və fövqəladə hallara operativ reaksiyanın göstərilməsi  bələdiyyənin əsas fəaliyyət istiqamətlərindən biridir”

Xətai rayonu ərazisində müşahidə olunan kəskin hava şəraiti və güclü küləyin təsiri nəticəsində rayonun müxtəlif ərazilərində bir sıra iri gövdəli və quru ağacların aşması, eləcə də budaqların qırılması halları qeydə alınmışdır. Güclü küləyin yaratdığı bu vəziyyət piyadaların və nəqliyyat vasitələrinin hərəkətinə müəyyən çətinliklər yaratmaqla yanaşı, bəzi küçə və məhəllələrdə təhlükəsizlik baxımından operativ tədbirlərin görülməsini zəruri etmişdir”- bu fikirləri Belediyye.infoya  Xətai bələdiyyəsinin sədri Elşad Vəliyev deyib.

Sədr bildirib ki, yaranmış vəziyyətlə əlaqədar Xətai  bələdiyyəsi tərəfindən dərhal operativ tədbirlər həyata keçirilmiş, bələdiyyənin aidiyyəti əməkdaşları və texniki heyəti hadisə baş verən ərazilərə cəlb edilmişdir. Ərazilərə baxış keçirilərək aşmış ağaclar və qırılmış iri budaqlar xüsusi texnikaların köməyi ilə yollardan, səkilərdən, həyətlərdən və ümumi istifadədə olan sahələrdən qısa müddət ərzində təmizlənmişdir.

Sədr qeyd edib ki, əhalinin təhlükəsizliyinin təmin olunması, abadlıq işlərinin davamlı təşkili və fövqəladə hallara operativ reaksiya göstərilməsi əsas fəaliyyət istiqamətlərindən biridir. Bu məqsədlə hava şəraitindən asılı olaraq rayon ərazisində mütəmadi monitorinqlər aparılır, risk yarada biləcək ağaclar və digər təhlükəli obyektlər nəzarətdə saxlanılır.

Xətai bələdiyyəsi



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər