Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

26-07-2026 , 11:31

184

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Mədəniyyət nazirinin diqqətinə: attestasiya keçirməmişdən əvvəl...

Mətbuatın yaydığı məlumata görə, kitabxana əməkdaşları attestasiyadan keçirilir. Bildiyim qədər növbədə muzey əməkdaşlarıdır. Olsun. Amma cənab nazirdən xahiş edirəm, istər kitabxana, istər muzey əməkdaşlarını attestasiyadan keçirməmişdən əvvəl onlara, yəni kitabxana və muzeylərdə çalışan əməkdaşlara yaradılan şəraitlə  tanış olsun.

Cənab nazir  bilirmi ki, bu gün muzeylərin zəngin eksponat fondu şəraitsizlikdən məhv olur. Və yaxud nazir bilirmi ki,  tarix-diyarşünaslıq muzeylərinin böyük əksəriyyəti uyğunlaşdırılmış binalarda fəaliyyət göstərir. Əksər binalar isə acınacaqlı durumdadır.

Bəzi  dünya əhəmiyyətli abidələrimiz isə göz gorə-görə dağılır. Bu gün Nazirlər Kabinetinin 2001-ci ildə təsdiq etdiyi siyahıya salınan tarixi-memarlıq  əhəmiyyəti olan abidələrin müəyyən bir qismi dağılıb, yoxdur konkret. Ya da dağılmaq ərəfəsindədir. Və sonuncu sual - mədəniyyət və turizm kimi mühüm bir sahə  niyə bir mərkəzdən idarə olunmur?  Niyə biz tariximizi təbliğ etməklə nə onu yaşada bilirik, nə də maliyyə vəsaiti əldə edə bilirik. . Və yaxud siyahıya salınmış tarixi memarlıq abidələrinin bərpasına kim nəzarət edir? Və ya nəzarət edilirmi?

Cənab nazirdən xahiş edirəm ətraf rayonlardakı muzeylərin birini ziyarət etsin. Amma nazir kimi yox, elə vətəndaş kimi. Yəni hazırlıqsız.

Və bir də rica edirəm ki,  cənab nazirin rayonlarda keçirəcəyi   vətəndaş qəbullarını məhz həmin muzeylərin birində keçirsin. Onda bu sahədəki mövcud vəziyyətin hansı durumda olduğunu özü görər. Zəngin bir tarixə sahib olan xalq tarixi mədəniyyətimizin dəyərli nümunələrini gələcək nəslə hansı səviyyədə çatdıracaq, bax bu maraqlı suala məndə cavab axtarıram.

Deyiləsi və yazılası çox mövzular var. Nə isə...

Vüqar Tofiqli

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər