Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

09-07-2026 , 10:10

241

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Əlfəddin Həsənov: “Sənədsiz əmlakın mövcudluğu həm  büdcə gəlirlərinə, həm də  layihələrin icrasına öz mənfi təsiri göstərməkdədir”

 “Sabunçu bələdiyyəsi büdcə gəlirlərini sistemli şəkildə artırmağa çalışır və buna nail olur”- bu fikirləri adıçəkilən bələdiyyənin sədri Əlfəddin Həsənov bələdiyyənin inzibati binasında keçirilən birinci yarımilliyin yekunlarına həsr olunan iclasda səsləndirib. Görüşdə “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyin sədri Vüqar Tofiqli də iştirak edib.

Sədr çıxışında daha sonra qeyd edib ki, cari ilin birinci yarısında əmlak vergisinin həcmi 118.627 manat, torpaq vergisinin həcmi 23.956 manat, bələdiyyə mülkiyyətinin icarəsindən 767 manat, digər istiqamətlərdən 1.276 manat bələdiyyə büdcəsində vəsait daxil olub. Ümumilikdə bələdiyyə büdcəsinə yarlm il ərzində 144.626 manat daxil  olub. 2023- cü illə müqayisədə  büdcə gəlirlərində 43 faizlik artım müşahidə olunub. Ötən illə müqayisədə isə həm də 25 fazilik artım olub.

Sədr qeyd edib ki, vergi xidməti BAMS proqramının verdiyi bütün imkanlardan lazımı səviyyədə istifadə edir. Ancaq çalışmalıyıq ki, cari ildə dekabr ayında təsdiq etdiyimiz büdcə gəlirlərin əldə edə bilək.

Vergi xidməti əməkdaşlarının mütəmadi olaraq vergi ödəyiciləri arasında olmalarını, onlara izahat işlərini aparmağı, qanunvericiliyin tələblərinin izah verilməsinin instensivləşdirməyi tövsiyə edib.

Sədr qeyd edib ki, bu bələdiyyənin üzləşdiyi bir sıra problemlər mövcuddur.  Ərazimizdə kifayət qədər sənədsiz əmlakın mövcudluğu, bəzi hallarda vergidən yaynma hallarının mövcudluğu, o cümlədən inidyədək xəritənin bələdiyyəyə təqdim edilməməsi, həm büdcə gəlirlərinə, həm də icra olunması nəzərdə tutulan layihələrin icrasına öz mənfi təsiri göstərməkdədir.  Bununla yanaşı vergi əmsallarının son 25 il ərzində eyni səviyyədə saxlanılması da büdcə gəlirlərinin azlığına öz təsirini göstərmiş olur.

Sədr çıxışında həmçinin hər bir bələdiyyə qulluçusunun fəaliyyəti üçün inzibati binada  şəraiti yaradıldığını, inzibati binada sakinləri maraqlandıran  hər bir məlumatın və hesabatların paylaşılması təqdirəlayiq haldır.

Sədr Əlfəddin Həsənov yarım il ərzində bələdiyyənin həyata keçirdyi layihələrə toxunaraq qeyd edib ki, Əmir Bağırov küçəsində 720 kv.m əraziyə və  Şəhər şossesi küçəsində 360 kv.m əraziyə asfalt salınması həyata keçiirlmişdir. Bununla yanaşı yol boyu mühafizə divarlarının 660 metrlik hissəsinin əsaslı şəkildə təmiri də həyata keçirlmişdir. Ə.Əliyev küçəsində iki yerdə zibil tullantılatının daşınması üçün meydança istifadəyə verilmişdir. Elşən Mehdiyev küçəsində qəbrstanlıq ətrafında uçmuş divarın 460 metlik hissəsini yenidən bərpa edilmiş, Şəhər şossesi küçəsinin 270 metlik hissəsinə çınqıl tökülərək yayılmışdır.

Son aylarda yağan güclü yağışlar nəticəsində subasmaya məruz qalmış bir sıra küçələrdə evlərin sel sularından təmizlənməsinə dəstək verilmiş,bir ədəd 150 mm-lik su nasosu alınmışdır.

Sədr Əlfəddin Həsənov çıxışının sonunda bələdiyyənin fəaliyyətində hər zaman Sabunçu RİH dəstəyini hiss etdiklərini də dilə gətirib. Odur ki, rayonda aparılan abadlıq quruculuq işlərinə bələdiyyə olaraq öz töhfəmizi verməliyik.

Görüşdə bələdiyyənin büdcə gəlirlərinin artırılması üçün təklif və tövsiyələr səsləndirildi.

“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyin sədri Vüqar Tofiqli bələdiyyənin yarımillik fəaliyyətinin qənaətbəxş hesab edərək, bələdiyyənin fəaliyyətinin təbliğinin gücləndirilməsinə ehtiyac olduğunu vurğulayıb. Sosial media platformalarının verdiyi imkanlardan lazımı və sistemli şəkildə istifadəsi nəticədə vergi ödəyicilərinin bələdiyyənin fəaliyyəti haqqında daha geniş məlumat əldə etməsinə və nəticədə vergi ödənişlərinin icrasına təkan vemiş olacaqdır.

Görüşdə iştirak edən üzv və qulluqçular bələdiyyənin yarımillik fəaliyyətini  qənətbəxş hesab ediblər. Bununla yanaşı çıxışlarda bələdiyyənin uğurları ilə yanaşı üzşləşdiyi çətinliklərin aradan qaldırılması üçün təkliflər də səsləndirilib.

Sonda görüş iştirakçılarını maraqlandırılan suallar cavablandırılıb. 

 Belediyye.info


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Əziz Zeynalova ağır itki üz verib

Bakı
22-06-2026
1194