Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

28-06-2026 , 20:55

162

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

İsrafil Hüseynov: “Vətəndaşlara hesabat vermək məqsədi ilə Buzovna bələdiyyəsi bələdiyyənin fəaliyyətinə həsr olunan büroşür hazırlayıb”

"Qanunvericiliyin tələblərinə görə, bələdiyyələr və onların müvafiq nəzarət komissiyaları bələdiyyə ərazisində yaşayan sakinlər qarşısında mütəmadi olaraq hesabatlar verməli, bülletenlər buraxmalı, illik hesabatları bələdiyyə binasının qarşısında xüsusi lövhələrdə yerləşdirməlidirlər. “Bələdiyyə torpaqlarının idarə olunması haqqında” qanuna görə bələdiyyələr ildə ən azı bir dəfə torpaqların dövriyyəsi ilə bağlı vətəndaşlara hesabat verməlidirlər”-  bu fikirləri Belediyye.infoya Xəzər rayonu, Buzovna bələdiyyənin sədri İsrafil Hüseynov deyib.

Sədr qeyd edib ki, vətəndaşlara hesabat vermək məqsədi ilə Buzovna bələdiyyəsi bələdiyyənin fəaliyyətinə həsr olunan büroşür hazırlayıb. Broşürdə 2025-ci il ərzində Buzovna bələdiyyəsi tərəfindən görülən yerli əhəmiyyətli işlər barədə məlumat verilmişdir.

Həyata keçirilmiş layihələr barədə məlumatların yer aldığı büroşurun sakinlərə paylanılması nəzərdə tutulub.

Sədr qeyd edib ki, bələdiyyə sakinlərə, vergi ödəyicilərinə hər il mütəmadi olaraq fəaliyyəti barəsində məlumatlar paylaşır.

Belediyye.info


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər