Əziz Zeynalov: “Bələdiyyədən asılı olan hər bir məsələnin öz həllini tapması üçün kollektivimiz var qüvvəsi ilə çalışır”
“Paytaxtın Nəsimi rayonunda küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılmasına Nəsimi bələdiyyəsi də öz töhfəsini verməkdədir”-bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Əziz Zeynalov deyib.
Sədr qeyd
edib ki, bu günlərdə Nəsimi rayonu, Alı Mustafayev küçəsi, 5 ünvanında yaşayan sakinlərin
kollektiv müraciəti bələdiyyə iclasında müzakirəyə çıxarılaraq icrası barədə qərar
qəbul edilib. Ərazidə geniş miqyaslı abadlıq işləri həyata keçirlmiş, əraziyə
yeni asfalt örtüyü salınaraq həyət sakinlərin istifadəsinə verilib. Görülmüş
işlər çərçivəsində sakinlərin avtomobillərini saxlamaları üçün parklanma yerləri
təşkil olunub.
Sədr qeyd edib ki, rayon sakinlərinin hər birinin müraciəti bələdiyyə tərəfindən diqqətdə saxlanılır. Bələdiyyədən asılı olan hər bir məsələnin öz həllini tapması üçün kollektiv var qüvvəsi ilə çalışır.
Belediyye.info
Rəylər
0 Rəy