Tədbir bələdiyyənin iştirakı ilə keçirilib
Qaradağ Rayon İcra Hakimiyyətinin və Qaradağ Rayon Yeni Azərbaycan Partiyası təşkilatının birgə təşkilatçılığı, Sahil bələdiyyəsinin iştirakı ilə 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirilmişdir.
Tədbir
çərçivəsində azyaşlı uşaqlarla görüş təşkil olunmuş, onların bayram
sevinclərinin artırılması məqsədilə müxtəlif hədiyyələr təqdim edilmişdir.
Uşaqlara göstərilən diqqət və qayğı onların sosial rifahının yüksəldilməsi,
asudə vaxtlarının səmərəli təşkili və cəmiyyətə inteqrasiyasının dəstəklənməsi
baxımından xüsusi əhəmiyyət kəsb etmişdir.
Tədbir iştirakçıları uşaqları bayram münasibətilə təbrik edərək onlara sağlam, xoşbəxt və uğurlu gələcək arzulamış, ölkəmizdə uşaqların hüquq və mənafelərinin qorunmasının daim dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulamışlar. Bayram tədbiri uşaqların böyük sevinc və məmnuniyyəti ilə qarşılanmışdır.
Rəylər
0 Rəy