"Buzovna bələdiyyəsi"nin futbol komandası turnirin qalibi olub
Xəbər verildiyi kimi Xəzər Rayon İcra Hakimiyyətinin və Xəzər rayon Gənclər və İdman sektorunun təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş futbol üzrə rayon bələdiyyələrinin komandaları arasında turnir başa çatıb.
Qeyd edək ki, 2 may tarixində Buzovna qəsəbə stadionunda
keçirilən turnirin ilk oyununda “Buzovna bələdiyyəsi” komandası 1-0 hesabı ilə
“Şüvəlan bələdiyyəsi" komandasına qalib gəlib. 3 may tarixində keçirilən
növbəti oyunda “Buzovna bələdiyyəsi” və “Zirə bələdiyyəsi” komandaları üz-üzə gəlib.
Oyun buzovnalıların 4-0 hesablı qələbəsi ilə başa çatıb. Buzovnalılar Zirə komandası üzərində inamlı qələbədən sonra final mərhələsinə vəsiqə qazanıb.
“Binə bələdiyyəsi”nin komandası
da finaladək keçirdikləri görüşlərdə yüksək
əzmkarlıq və ustalıq nümayiş etdiriblər.
Mayın 8-də “Buzovna bələdiyyəsi” və “Binə bələdiyyəsi”
komandaları arasında final oyunu keçirilib.
Gərgin idman mübarizəsində keçən oyunun əsas hissəsi 0-0 hesabı ilə bitib və penalti nəticəsində 8-7 hesabı ilə "Buzovna bələdiyyəsi"nin komandası Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr
olunmuş futbol üzrə bələdiyyə komandaları arasında turnirin qalibi olub.
Beləliklə, futbol turnirində Buzovna bələdiyyəsi birinci,
Binə bələdiyyəsi ikinci, Zirə bələdiyyəsinin komandası isə üçüncü yeri tutub.
Qalib komandalara təşkilatçıların təsis etdiyi diplomlar,
medallar və pul mükafatları təqdim olunub.
Belediyye.info
Rəylər
0 Rəy