Təmraz Tağıyev: “Azərbaycan bələdiyyə sisteminin formalaşması Ulu öndərin adı ilə sıx bağlıdır”
"Müstəqilliyimizin ilk ilində çətin və gərgin günlərlə üz-üzə qalan Azərbaycan nicat yolunu məhz Ulu öndər Heydər Əliyevin simasında gördü. Belə bir vəziyyətdə Azərbaycanın sayılan-secilən dəyərli ziyalıları, ölkənin gələcəyini düşünən insanlar məhz buna görə Ulu Öndərə müraciət ünvanlamışdılar. Həmin gərgin illərdə bütün proseslərin mərkəzində isə Nərimanov rayonu dayanırdı. Ulu öndərin siyasətini dəstəkləyənlərlə ilk görüşü də məhz Nərimanov rayonunda olmuşdur”- bu fikirləri Milli Məclisdə “Azərbaycanda regionların, yerli demokratiyanın və özünüidarəetmənin inkişafında HEYDƏR ƏLİYEV irsi” mövzusunda keçirilən konfransda Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının və Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev deyib.
Respublikamızın sosial-mədəni, siyasi-iqtisadi yüksəlişində,
xalqımızın rifah halının yaxşılaşdırılmasında, indiki müstəqil dövlətimizin təməlinin
qoyulmasında məhz Ulu öndərin müstəsna rolunun olması danılmaz faktdır. Ulu öndər
əzmkarlıq və qətiyyətlilik nümayiş etdirməklə ölkəmizi bu çətin və gərgin günlərdən
çıxarmış oldu.
Təmraz Tağıyev çıxışında qeyd edib ki, bu gün Azərbaycan bələdiyyə
sisteminin formalaşması, qanunvericilik bazasının hazırlanması, ilk bələdiyyə
seçkilərinin təşkili Ulu öndərin adı ilə sıx bağlıdır. İyirmi altı ildir ölkə bələdiyyələri Ulu öndərin tövsiyələrinə
uyğun fəaliyyətdə və inkişafdadır. Bu gün hər bir bələdiyyənin fəaliyyəti Ulu
öndərin bu fikirlərinə söykənir. Ulu öndər çıxışlarının birində deyirdi: “
Yerliözünüidarəetmənin yaradılması Azərbaycanda gedın demokratiya prosesinin
böyük bir hissəsi, böyük bir qoludur. Bələdiyyələrin seçilməsi, onların təşkili və fəaliyyəti cəmioyyətimizin və dövlətimiz
üçün çox vacibdir”
Bu gün tam əminliklə deyirəm ki, rayonların sosial-iqtisadi
inkişafında, əhalinin həssas təbəqəsinə maddi və mənəvi dəstəyin göstərilməsində
bələdiyyələr daim yerli icra hakimiyyəti orqanlarının yanındadırlar. Üstəlik
Adminstrasiyanın bələdiyyələr iş sektoprunun dəstəyi ilə yaradılan BAMS
proqramı bələdiyyələrin büdcə gəlirlərinin artmasında xüsusi rolu olub.
Bu gün hər bir bələdiyyə orqanı var qüvvəsi ilə çalışıb
inzibati ərazisində ölkə başçısının daim
tələb etdiyi vətəndaş məmnunluğunun təmin edilməsi üçün öz töhfəsini verməkdədir
Belediyye.info
Rəylər
0 Rəy