Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

22-04-2026 , 11:58

115

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Təmraz Tağıyev: “Nərimanov bələdiyyəsinin həyata keçirdiyi layihələrin böyük əksəriyyəti məhz seçici müraicətlərinin icrası təşkil edir”

“Bələdiyyə əldə etdiyi maliyyə vəsaitini seçiciləri  narahat edən məsələlərin icrasına yönəltməlidir və yönəldir də. Bu gün Nərimanov bələdiyyəsinin həyata keçirdiyi layihələrin böyük əksəriyyəti məhz seçici müraciətlərinin icrası təşkil edir”- bu fikirləri Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev deyib. 

Hazırda bələdiyyə iclasında müzakirəyə çıxarılan məsələlərin böyük bir qismini məhz vətəndaş müraciətləri təşkil edir. Hər bir iclasda bələdiyyə üzvləri bu müraciətlərə biganə qalmayaraq yaranmış proiblemin həllinə qərar verilir. 

Sədrin sözlərinə görə, güclü yağışın yaratdığı fəsadlar nəticəsində yaranan problemlərin həllində Nərimanov bələdiyyəsi öz töhfəsini verdi. Ondan artıq ünvanda dam örtüyündə yaranmış problem aradan qaldırılmış, piyadaların hərkətinə çətinlik yaranan küçələrə asfalt qatı vurulmuşdur.

Rayonun müxtəlif  küçələrində icra olunan layihələr sakinlər tərəfindən razılıqla qarşılamışlar.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər