Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

14-04-2026 , 23:14

96

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Nailə Nəsirova: “Son iki ildə əmlak vergisinin 54 faizlik  artımı son hədd deyil”

“Qəsəbə ərazisində çoxsaylı sənədsiz əmlakın olmasına baxmayaraq bələdiyyənin vergi xidməti bütün vasitələrdən istifadə edərək büdcə gəlirlərini artırmağa çalışır. Növbəti ildən bildirişlərin onlayn qaydada paylanılmasına vergi xdiməti indidən hazırlaşır. Bir tərəfdən diqqətdən kənarda qalan vergi ödəyicləri haqqında məlumatlar BAMS proqramına yerləşdirilir, digər tərəfdən mövcud məlumatlar dəqiqləşdirilir. Bu fəaliyyətin nəticəsində 2024-cü ilin birinci rübü ilə müqayisədə cari ilin birinci rübündə əmlak vergisinin yığılmasında 54 faizlik artım qeydə alınıb” – bu fikirləri Belediyye.infoya Sabunçu rayonu Zabrat bələdiyyəsinin sədri Nailə Nəsirova deyib.

Sədr qeyd edib ki, Zabrat bələdiyyəsi 2024-cü ilin 1-ci rübü ərzində əldə etdiyi 38.720 manatın 24.275 manatı əmlak vergisindən, 8.190 manatı torpaq vergisindən, 5.403 manatı bələdiyyə əmlakının icarəsindən və istifadəyə verilməsindən, 851 manatı isə stasionar  və səyyar ticarət, ictimai iaşə və digər xidmətlərdən  daxil olub.  

2025-cü ilin 1-ci rübü ərzində əldə etdiyi 33.226 manatın 22.739 manatı əmlak vergisindən, 4.794 manatı torpaq vergisindən, 5.563 manatı bələdiyyə əmlakının icarəsindən və istifadəyə verilməsindən və 130 manatı isə stasionar  və səyyar ticarət, ictimai iaşə və digər xidmətlərdən  daxil olub.  

2026-cü ilin 1-ci rübü ərzində isə əldə etdiyi 47.590 manatın 37.463 manatı əmlak vergisindən, 5.447 manatı torpaq vergisindən, 4.283 manatı bələdiyyə əmlakının icarəsindən və istifadəyə verilməsindən, və 396 manatı isə stasionar  və səyyar ticarət, ictimai iaşə və digər xidmətlərdən  daxil olub.  

Sədr qeyd edib ki,ümumi büdcə gəlirlərində 22  faizlik artımın olması, hələ ki, vergi xidmətini  qane edə bilməz. Vəziyyətdən çıxış yolu kimi, elektron icra sistemindən, habelə BAMS proqramının verdiyi bütün imkanlardan, xüsusəndə SMS xidmətindən istifadə edərək bələdiyyənin kollektivi və vergi xidməti büdcə gəlirlərini artırmağa çalışır. Bununla yanaşı vergi ödəyiciləri ilə maarifləndirici söhbətlərin aparılmasını da unutmuruq. Bununla yanaşı hesabatlılığın və şəffaf fəaliyyətin təmin edilməsi məqsədi ilə bələdiyyə tərəfindən çap edilən hesabat xarakterli bukletləri də görüşlərdə vergi ödəyicilərinə paylanılır.

Belediyye.info   

 

 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər