Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

14-04-2026 , 10:01

190

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Telman Süleymanov: “Nazirlər Kabinetinin “11 mart Qərarı” bələdiyyələrin fəaliyyətində yeni bir mərhələ hesab edilə bilər”

“Nazirlər Kabinetinin “11 mart Qərarı” bələdiyyələrin inkişafında yeni bir mərhələ hesab edilə bilər. Bu sənədin qəbulu həm də yerli büdcə gəlirlərinin artmasına təkan verə biləcək növbəti addımdır. Bir müddət əvvəl BAMS-ın Əmlak məsələləri Dövlət Xidmətinin məlumat sisteminə inteqrasiya edilməsi, indisə BAMS proqramının 13 dövlət qurumu ilə informasiya mübadiləsinin həyata keçirilməsi nəticədə yerli büdcə gəlirlərinə də öz töhfəsini verəcəkdir”- bu fikirləri Belediyye.infoya Xəzər rayonu Şüvəlan bələdiyyəsinin sədri Telman Süleymanov deyib.

Sədrin sözlərinə görə, təsdiq edilən Qərarın hər bir bəndi bələdiyyənin büdcə gəlirlərinin, habelə yerlərdə və xüsusəndə  mərkəzi icra orqanlarında nüfuzunun artmasına müsbət təsir edəcəyinə inanırıq.

Bu gün  bələdiyyələrin vergi xidməti orqanı bu yeniliklərin tətbiqinə hazır olmalı və fəaliyyətini bu istiqamətdə qurmalıdır.

Şüvəlan bələdiyyəsinin vergi xidməti də bələdiyyənin vergi-uçot sisteminin təkmiləşdirilməsi ilə bağlı, habelə  bu yenilikləri öz fəaliyyətlərində tətbiqi  üçün bələdiyyədə təsdiq edilmiş proqrama uyğun hərəkət edir və qarşılarına qoyduqları hədəfə çatmaq üçün çalışırlar.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Bu gün onun günüdür
Bakı
23-02-2026
1063