Telman Süleymanov: “Nazirlər Kabinetinin “11 mart Qərarı” bələdiyyələrin fəaliyyətində yeni bir mərhələ hesab edilə bilər”
“Nazirlər Kabinetinin “11 mart Qərarı” bələdiyyələrin inkişafında yeni bir mərhələ hesab edilə bilər. Bu sənədin qəbulu həm də yerli büdcə gəlirlərinin artmasına təkan verə biləcək növbəti addımdır. Bir müddət əvvəl BAMS-ın Əmlak məsələləri Dövlət Xidmətinin məlumat sisteminə inteqrasiya edilməsi, indisə BAMS proqramının 13 dövlət qurumu ilə informasiya mübadiləsinin həyata keçirilməsi nəticədə yerli büdcə gəlirlərinə də öz töhfəsini verəcəkdir”- bu fikirləri Belediyye.infoya Xəzər rayonu Şüvəlan bələdiyyəsinin sədri Telman Süleymanov deyib.
Sədrin sözlərinə görə, təsdiq edilən Qərarın hər
bir bəndi bələdiyyənin büdcə gəlirlərinin, habelə yerlərdə və xüsusəndə mərkəzi icra orqanlarında nüfuzunun artmasına
müsbət təsir edəcəyinə inanırıq.
Bu gün bələdiyyələrin
vergi xidməti orqanı bu yeniliklərin tətbiqinə hazır olmalı və fəaliyyətini bu
istiqamətdə qurmalıdır.
Şüvəlan bələdiyyəsinin vergi xidməti də bələdiyyənin
vergi-uçot sisteminin təkmiləşdirilməsi ilə bağlı, habelə bu yenilikləri öz fəaliyyətlərində tətbiqi üçün bələdiyyədə təsdiq edilmiş proqrama uyğun
hərəkət edir və qarşılarına qoyduqları hədəfə çatmaq üçün çalışırlar.
Belediyye.info
Rəylər
0 Rəy