Nərimanov rayonunda möhtəşəm bayram şənliyi keçirilib
Nərimanov
rayonu ərazisində yerləşən Nərimanov parkında möhtəşəm bayram şənliyi
keçirilib.
Mənəvi
irsimizi, milli dəyərlərimizi əks etdirən zəngin ənənələrə malik Novruz bayramı
münasibətilə təşkil olunan şənlikdə Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı
Elgin Həbibullayev, rayonun YAP təşkilatının sədri Elçin Quliyev, Nərimanov bələdiyyəsinin
sədri Təmraz Tağıyev, hüquq-mühafizə orqanlarının, həmçinin digər idarə və təşkilatlarının
rəhbərləri, şəhid ailələrinin üzvləri və rayon sakinləri iştirak ediblər.
Şənlikdə
qədim el adət-ənənələrimiz və Novruz rəmzləri olan səməni, müxtəlif şirniyyat
nümunələri ilə bəzədilmiş bayram xonçaları və milli mətbəximizin ləziz təamları
göz oxşayıb. Bayramın əsas personajları olan Kosa, Keçəl, Bahar qızı və digər
personajlar tədbirə xüsusi zövq qatıb.
İştirakçılar müxtəlif sahələr üzrə öz məharətlərini nümayiş etdiriblər. Konsert proqramı çərcivəsində müxtəlif tamaşalar və oyunlar təşkil olunub. Daha sonra konsert proqramı bayram tonqalının alovlandırılması, gənclərin rəqsələri ilə davam edib.