Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

03-02-2026 , 11:20

528

Son xəbərlər

Bütün xəbərlər

Bələdiyyələr hara daha çox pul xərcləyir?

Gündəlik Xəbərlər
09-02-2026

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Mahir Novruzov: “Cari ilin yanvar ayında bələdiyyə büdcə gəlirlərində ciddi artıma nail olmuşuq”

“Bu gün ərazimizdə çoxsaylı sənədsiz əmlakın olması, üstəlik xəritələrin verilməməsi bələdiyyənin büdcə gəlirlərinin artımına ciddi şəkildə təsir edir. Xəritələrin verilməməsi nəticə etibari ilə qonşu bələdiyyələrlə sərhədlərin müəyyən edilməsində ciddi problem yaratmaqdadır. Tezliklə bu məsələlər öz həllini tapmış olsa, bü da öz təsiri büdcə gəlirlərinə öz müsbət təsirini göstəmiş olacaqdır”- bu fikirləri Xəzər rayonu Qala bələdiyyəsinin sədri Mahir Növruzov deyib.

Sədr 2023-cü illə müqayisdə büdcə gəlirlərindən artım müşhaidə olunsa da, bunu qənaətbəxş hesab etmir.

Belə ki, 2023-cü il yanvar ayı  üzrə 5799 manat əldə olunub ki, onunda  1775 manatı torpaq vergisindən, 4024 manatı isə əmlak vergisindən daxil olub. 2024-cü ilin  yanvar ayı üzrə  5.989 manat əldə olunub ki, onun müavfiq olaraq 1.814 manatı torpaq vergisindən, 4.175 manatı isə əmlak vergisindən daxil olub. Artım 2025-ci ildə də müşahidə olunub. Belə ki, yanvar ayında 6.422 manat əldə olunub ki, onunda 2.624 manatı torpaq, 3.797 manatı isə əmlak vergisindən daxil olub. Göründüyü kimi, 2023-cü illə müqayisədə 2025 ci ildə 10 faizlik artım olub.

Ancaq cari ilin yanvar ayında bələdiyyə büdcə gəlirlərində ciddi artıma nail olmuşuq. Belə ki, cari ilin yanvar ayı  üzrə büdcə gəliri 11.873 manat olub ki, onunda 6.372 manatı əmlak vergisindən, 5.501 manatı isə torpaq vergisindən daxil olub. Beləliklə, cari ilin yanvar ayında ötən illə müqayisədə 84 faizlik artıma nail olunub.Bu son son dörd il ərzində əldə etdiyimiz ən yüksək rəqəmdir. Bələdiyyənin vergi xidmətinin  birgə səyi və yenilənmiş BAMS proqramının verdiyi imkanlardan tam şəkildə  istifadə etməklə cari ilə artım səviyyəsinin  yüksək olacağına  inanıram.

Belediyye.info


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər