Əlihüseyn Ağayev yenidən bu bələdiyyənin sədri seçilib
Sabunçu rayonu Nardaran bələdiyyəsində sədr dəyişikliyi baş verib. Bələdiyyə iclasında 2025-ci ilin fevralından sədr seçilən xanım Pərvanə Nəsirovanın istefası qəbul olunub. Namizədliyi irəli sürülən Əlihüseyn Ağayev iclasda bələdiyyənin sədri seçilib.
Qeyd edək ki, Əlihüseyn Ağayev 2009-cü ildən sonra keçirilən bələdiyyə seçkilərindən bələdiyyə üzvü və uzun müddət Nardaran bələdiyyəsinin sədri vəzifəsində çalışıb.
Belediyye.info
Rəylər
0 Rəy