Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

17-10-2025 , 19:03

1566

Son xəbərlər

Bütün xəbərlər

Bələdiyyələr hara daha çox pul xərcləyir?

Gündəlik Xəbərlər
09-02-2026

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Elşad Vəliyev: “25 illik həyat yolu keçən ölkə bələdiyyələri....”

“Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də qəbul olunmuş Azərbaycan Konstitusiyası dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması, hüquqi, dünyəvi dövlət quruculuğu, vətəndaşlarımızın layiqli həyat səviyyəsinin, dünya ölkələri ilə dostluq və əmin-amanlıq şəraitində əməkdaşlığın təmin edilməsi kimi ali niyyətlərin həyata keçirilməsi üçün mühüm qanunvericilik bazası rolunu oynyıb”- bu fikirləri Belediyye.infoya Xətai bələdiyyəsinin sədri Elşad Vəliyev bildirib. 

Sədr qeyd edib ki, 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilməsi Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümü ilə əlaqədar ölkəmizin tarixi nailiyyətlərini, Konstitusiyamızın qüdrətini və tam suverenliyimizin bərpasını vurğulayan əlamətdar hadisədir. Bu qərar müstəqil Azərbaycanın gücünü və inkişafını bir daha nümayiş etdirməklə yanaşı, xalqımızın birliyinin, həmrəyliyinin ifadəsidir.

Atılan addımlar sayəsində ölkə bələdiyyələrinin üzərinə ciddi məsuliyyət yükü düşmüşdür. 25 illik “həyat yolu” keçən ölkə bələdiyyələri, o cümlədən Xətai bələdiyyəsi inzibati əraziləri daxilində dövlət tərəfindən görülən işlərə öz dəstəklərini göstərə bilmişlər.  Məhz bu addımlar sayəsində cəmiyyətdə bələdiyyənin çəki və nüfuzu artmaqdadır.

Sədr bildirib ki, hazırda ölkəmiz müstəqillik tarixinin ən yüksək inkişaf dövrünü yaşayır. Bu gün Azərbaycan Respublikası xalqımızın milli maraqlarını rəhbər tutaraq, yeni reallıqlar şəraitində müstəqil siyasətini daha cəsarətlə, prinsipiallıqla davam etdirir, Konstitusiyanın tələblərinə və öz suveren hüquqlarına əsaslanaraq, qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyir.

Elşad Vəliyev sonda qeyd edib ki, 30 il əvvəl xalqımız Azərbaycan  Konstitusiyasının timsalında dünyanın ən demokratik, tarixi reallıqlara uyğun, insana dəyəri bütün prinsiplərin mərkəzində saxlayan konstitusiyalarından birini qəbul etmişdir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edilməsi və suverenliyimizin tam təmin olunması nəticəsində əsas qanunda ehtiva edilən Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq niyyəti də tam reallaşmışdır.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər