Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

09-10-2025 , 00:48

1028

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Seymur Həsənov: “Görülən işlər qəsəbənin ümumi abadlıq səviyyəsinin yüksəldilməsinə xidmət edir”

“Səbail rayonu Badamdar bələdiyyəsi ənənəyə sadiq qalaraq sakinlərin qaldırdığı məsələlərin həllini daim diqqətdə saxlayır” – bu fikirləri Belediyye.infoya adıçəliən bələdiyyənin sədri Seymur Həsənov bildirib.

 Sədr qeyd edib ki, bələdiyyə tərəfindən qəsəbənin infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində 2-ci massiv Təpəbaşı küçəsində və 1-ci massiv Cənub küçəsi dalan 1 ünvanında yolun mövcud vəziyyəti nəzərə alınaraq əraziyə yeni asfalt örtüyü salınıb. 

Bununla yanaşı Badamdar bələdiyyəsi tərəfindən qəsəbənin Tofiq Məmmədov və Sahib İbrahimxəlilov küçələrində abadlıq və infrastrukturun yenilənməsi istiqamətində işlər həyata keçirilib. 

Küçə boyu yolun cari vəziyyəti nəzərə alınaraq, əraziyə yeni asfalt örtüyü salınıb.

Sədr qeyd edib ki, görülən işlər əhalinin rahat və təhlükəsiz hərəkətini təmin etməklə yanaşı, qəsəbənin ümumi abadlıq səviyyəsinin yüksəldilməsinə xidmət edir.

Sədr sonda onu da qeyd edib ki, Badamdar bələdiyyəsi sakinlərin yaşayış şəraitinin yaxşılaşdırılması məqsədilə bu kimi layihələri gələcəkdə də davam etdirməyi qarşıya məqsəd qoyub.

Belediyye.info



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Qəsəbə ahilları ziyarət olunub

Bakı
01-10-2025
1024

27 Sentyabr- Anım Günü...

Bakı
27-09-2025
1121