Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

20-09-2025 , 11:43

936

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

 Təmraz Tağıyev: “Azərbaycanın Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə bundan sonra da  əzəmətlə dalğalanacaqdır.”

“Ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam bərpası istiqamətində mühüm mərhələ olan 2023-cü il sentyabrın 19-20-də keçirilmiş lokal antiterror tədbirləri, xalqımızın Zəfər tarixinə qızıl hərflərlə yazıldı. Bu Qələbə, yalnız bu günün deyil, gələcək nəsillərin də şərəf duyacağı şanlı tariximizin bir parçasıdır”- bu fikirləri Belediyye.infoya  Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev  bildirib.

Sədrin sözlərinə görə, 2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda Ermənistan silahlı birləşmələrinin tör töküntüləri tərəfindən törədilmiş genişmiqyaslı təxribatların qarşısını almaq, həmin qanunsuz silahlı dəstələri tərksilah etmək və Azərbaycan Respublikasının Konstitusiya quruluşunu tam bərpa etmək məqsədilə lokal xarakterli antiterror tədbirlərinə başlanıldı. Cəmi 23 saat davam edən bu yüksək peşəkarlıqla icra olunan əməliyyat nəticəsində Ordumuzun qarşısına qoyulan bütün tapşırıqlar  uğurla yerinə yetirdi.

Bəli, bu əməliyyatın nəticəsi olaraq, Azərbaycannın suverenliyi tam şəkildə bərpa olundu və ölkəmizin bayrağı Qarabağın hər bir guşəsində əzəmətlə dalğalanmağa başladı. Bu tarixi Qələbənin əlaməti olaraq Prezident İlham Əliyev 2024-cü il sentyabrın 19-da imzaladığı sərəncamla 20 Sentyabr – Dövlət Suverenliyi Günü elan edildi.

Antiterror əməliyyatı siyasi və milli əhəmiyyət daşıyan tarixi bir dönüş nöqtəsi oldu. Azərbaycan, hüquqi və beynəlxalq norma çərçivəsində öz torpaqlarında suverenliyini bərpa etdi, ölkəmizdə  separatçılığa son qoymuş oldu.

Sədr qeyd edib ki, Azərbaycanın Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə bundan sonra da  əzəmətlə dalğalanacaqdır. 

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Qəsəbə ahilları ziyarət olunub

Bakı
01-10-2025
1024

27 Sentyabr- Anım Günü...

Bakı
27-09-2025
1121