Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

15-09-2025 , 14:24

1140

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Birincilərlə görüşdə Milli Məclisin üzvü də iştirak edib

“Bu gün 15 sentyabr məktəbdə 2025-2026-ci il yeni tədris ilinə start verilib. Məktəbə ilk dəfə qədəm qoyan birincilər üçün səbirsizliklə gözlənilən bir gündür. Azərbaycanın müxtəlif bölgələri ilə yanaşı, paytaxt Bakıda da şagirdlər üç aylıq yay tətilindən sonra ilk dərs gününün həyəcan və sevincini yaşayırlar”- bu fikirləri Sahil bələdiyyəsinin sədri Ramil Hüseynli deyib.

Sədr qeyd edib ki, bu gün Qaradağ rayonu Sahil qəsəbəsi 253 saylı tam orta məktəbin birinciləri ilə görüş keçirilib. 

Görüşdə  Milli Məclisin üzvü Səbinə Xasayeva, Sahil bələdiyyəsinin sədri Ramil Hüseynli və məktəb rəsmiləri iştirak ediblər.  

Görüşdə qeyd edilib ki, birinci sinfə daxil olanlar sırasında  44 günlük vətən müharibəsi şəhidi Ataməli Musaoglunun qizi da var.

Görüşdə iştirak edənlər rəsmilər “birinciləri”, o cümlədən Gülü Ataməli qızını təbrik edərək və onlara zehin açıqlığı arzulayıblar.

Xatırladaq ki, Elm və Təhsil Nazirliyinin statistikasına görə, 2025/2026-cı tədris ilində 130 mindən çox uşaq 1-ci sinifdə təhsil alacaq.

Ümumilikdə isə 1,6 milyon şagirdin təhsil alması gözlənilir.

Belediyye.info





Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər