Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

04-09-2025 , 21:42

1001

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

İsrafil Hüseynov: “Cari ilin səkkiz ayı ərzində büdcə gəlirlərində 32 faizlik artım əldə olunub”


“Bu gün Buzovna bələdiyyəsinin əsas vəzifəsi seçicilərinə verdiyi sözü tutmağa çalışmaqdır. Bunun üçün bələdiyyə büdcə gəlirlərini daim artırmağa çalışır. Məhz əldə olunan  yüksək maliyyə vəsaiti sakinlərin qaldırdığı məsələlərin həllini sürətləndirmiş olur”- bu fikirləri Xəzər rayonu Buzovna bələdiyyəsinin sədri İsrafil Hüseynov bildirib.

Sədr bildirib ki, bu gün BAMS-da tətbiq edilən yeniliklər, SMS xidmətinin istifadəyə verilməsi, BAMS-ın ƏMDX-nin məlumat sisteminə inteqrasiya edilməsi və digər tətbiq edilən yeniliklər nəticə etibari ilə büdcə gəlirlərinin artımına səbəb olub.

Bələdiyyənin vergi xidmətinin, o cümlədən bələdiyyənin hüquqşunasının birgə səyi ilə büdcə gəlirlərində cari ildə 32 fazilik artım əldə olunub.

Belə ki, 2024-cü ildə bələdiyyənin səkkiz ayda əldə etdiyi maliyyə vəsaiti 191.076  manat təşkil etmişdirsə, cari ilin səkkiz ayı ərzində bu rəqəm 251.366 manata bərabər olub.

Buzovna bələdiyyəsinin hədəfi ilin sonunadək  400 min manatı əldə etməkdir. Odur ki, bütün kollektiv əvvəlki illərdə formalaşmaış ənənəyə sadiq qalaraq fəaliyyətini artım tempi üzərində qurub. Düşünmək olar ki, bu minvalla fəaliyyətimizi davam etdirə bilsək hədəfimizə çatacağıq.

Nəticə etibari ilə əldə olunan maliyyə vəsaiti sakinlərin problemlərinin həllinə yönəldilir.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Qəsəbə ahilları ziyarət olunub

Bakı
01-10-2025
860

27 Sentyabr- Anım Günü...

Bakı
27-09-2025
907