Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

13-08-2025 , 20:05

2247

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Seymur Rəsulov: “Hövsan bələdiyyəsinə gələn hər bir vətəndaş bələdiyyədən naümid qayıtmır”

“Hövsan bələdiyyəsinin hər bir üzvü bu qurumun inkişafına öz töhfəsini verməkdədir. Məhz bu dəstəyin nəticəsidir ki, artıq yeddi ay ərzində büdcə gəlirlərində ötən ilki rəqəmi uğurla adlamışıq”- bu fikirləri Belediyye.infoya Suraxanı rayonu Hövsan bələdiyyəsinin sədri Seymur Rəsulov bildirib.

Sədr bildirib ki,  bələdiyyənin üzv və qulluqçularının birgə səyi, vergi ödəyiciləri ilə davamlı görüşlərin nəticəsi olaraq ilin sonunadək qarşımıza qoyduğumuz hədəfə çata biləcəyik.  Xatırladaq ki, ötən görüşlərimizdə sədr bu hədəfin car il üçün  350 min manat olacağını bildirmişdi.

Sakinlərlə görüşlərin keçirilməsi həm də yerlərdə bələdiyyənin çəki və nüfuzunun artmasına öz töhfəsini verməkdədir. Bu gün bələdiyyənin inzibati binasına onlarca vətəndaş gəlir, bələdiyyəyə aid olan və olmayan məsələlərlə bağlı bələdiyyədən dəstək umur.

Sədr xüsusi olaraq qeyd edib ki, Suraxanı rayonu, Hövsan bələdiyyəsinə gələn hər bir vətəndaş bələdiyyədən naümid qayıtmır. Həm probleminin həllinə nail olur, həm vergisini ödəmiş olur, həm də bələdiyyənin fəaliyyəti ilə yaxından tanış olaraq fəaliyyətimizi canlı şəkildə təbliğ edir.

Sədr daha sonra qeyd edib ki, büdcə gəlirlərinin artımında sözsüz ki, BAMS-ın ƏMDX-nin  məlumat sisteminə inteqarsiya edilməsinin də öz rolu var.

Bələdiyyənin apardığı təhlil və araşdırma zamanı Hövsan qəsəbəsində təxminən  15.500 çıxarışlı əmlakın olduğu müəyyən edilib. Cari ildə bu rəqəmin inteqrasiya vasitəsi lə 1.500 ədədinin sənədi alınaraq BAMS-a yerləşdirilib. Daha 2000-nin alınması üzərində iş gedir. Alınan çıxarışlar əsasən qəsəbənin bağ massivində olan əmlaklardır. Bu cıxarışlar üzrə bildirişlərin paylanılması sürətli şəkildə davam edir. Bu arada qeyd edim ki, çıxarışı olmayan onlarca vətəndaş könüllü şəkildə vergiləri ödəməklə bələdiyyəyə dəstək olmaq üçün bizə müraciət edib. Biz bu vətəndaşların da müraciətlərini bələdiyyə iclaslarında  müzakirə etmək niyyətindəyik. Bütün hallarda vətəndaşın əmlakı hər hansı kommunikasiya xəttinin altında-üstündə deyilsə, sözsüz ki, onun gələcəkdə sənədləşdirilməsi mümkün olacaq.

Büdcə gəlirlərimizi artırmaqla həm də vətəndaş müraciətlərinin həllini sürətləndiririk. Odur ki, bütün kollektivimiz bu istiqamətdə çalışır və qəsəbənin inkişafına öz dəstəyini əsirgəmir.

 Belediyye.info


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər