Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

16-07-2025 , 21:19

1535

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Azərbaycan Bələdiyyələri
- +

Fidan Fərzəliyeva: “Azərbaycan Prezidentinin ölkə bələdiyyələrinin inkişafına söykənən son addımları ümumilikdə bələdiyyə sisteminə göstərilən diqqətin növbəti təzahürüdür”

“Vahid informasiya sisteminin təsis edilməsi və onun dövlət informasiya sisteminə qoşulması nəticə etibari ilə bələdiyyələrdə şəffaflığın və əvvəllər movcud olmuş neqativ halların qarşısının alınmasına daha bir imkan yaradacaqdır”- bu fikirləri Belediyye.infoya  Şabran bələdiyyəsinin sədri Fidan Fərzəliyeva deyib.

Xanım sədrin sözlərinə görə, Azərbaycan Prezidentinin ölkə bələdiyyələrinin inkişafına söykənən son addımları ümumilikdə bələdiyyə sisteminə göstərilən diqqətin növbəti təzahürüdür.

Sədr bələdiyyələrin maliyyə imkanlarının artırılması üçün  bələdiyyələrin milli assosiasiyaları tərəfindən müəyyən addımların atıldığını, Adminstrasiyanın müvafiq sektorunun təşkilatçılığı ilə  BAMS proqramının ƏMDX məlumat sisteminə inteqrasiya edilməsinin, BAMS proqramında ciddi yeniliklərin həyata keçirilməsinin, habelə son aylarda  SMS xidməti istifadəyə verilməsinin hər bir bələdiyyənin büdcə gəlirlərinin artımına öz müsbət təsirini göstərmiş oldu.

Xanın sədr bu günlərdə istifadəyə verilən e-belediyye.az portalı bələdiyyə-vətəndaş münasibətlərinin tənzimlənməsində mühüm rol oynayacağını xüsusilə qeyd edib.

Fidan Fərzəliyeva sonda bildirib ki, məhz bu addımalrın nəticəsidir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin altı ayı ərzində Şabran bələdiyyəsinin  büdcə gəlirlərində 15 fazilik artımın müşahidə edildiyini qeyd edib. İlin sonundək bu rəqəmin artmasını hədəfləmişik.

Sonda  Fidan Fərzəliyeva Şabran RİH-in dəstəyi ilə 2025-ci ilin Şabran bələdiyyəsi üçün dönüş ili olacağına əminliyini vurğulayib.

Qeyd edək ki, cari ildə birləşdirmə nəticəsində  Çölquşçu və Dəvəçi bələdiyyələri Şabran bələdiyyəsinə birləşdirilib.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər