Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

05-05-2025 , 19:49

673

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay

Yüklənir...

Allah rəhmət eləsin!

Region
- +

Bələdiyyə sədri  problemi yerində araşdırdı

Şabran bələdiyyə sədri Fidan Fərzəliyeva vətəndaşların müraciətlərinə əsaslanaraq, Dəvəçi kəndində qonşular arasında suvarma arxları ilə bağlı yaranmış mübahisəli vəziyyəti yerində araşdırmaq məqsədilə kəndə səfər etmişdir. Vətəndaş qəbulu zamanı səsləndirilən problem bələdiyyə sədrinin diqqətindən kənarda qalmamış və məsələ ilə bağlı operativ şəkildə yerində baxış həyata keçirilmişdir.

Baxış zamanı tərəflərin mövqeləri dinlənilmiş, əraziyə vizual baxış keçirilmiş və problemin mənbəyi müəyyənləşdirilmişdir. Fidan Fərzəliyeva qeyd etmişdir ki, mövcud problemin qanunvericiliyə uyğun şəkildə, hər iki tərəfin maraqları nəzərə alınmaqla həll olunması əsas prioritetdir. Bu məqsədlə aidiyyəti qurumlarla birgə əməkdaşlıq çərçivəsində müvafiq tədbirlərin görülməsi planlaşdırılır.

Şabran bələdiyyəsi vətəndaşların sosial rifahının yaxşılaşdırılması və kənd təsərrüfatı fəaliyyətinin dayanıqlılığının təmin olunması üçün bu kimi məsələlərin daim diqqətdə saxlanıldığını bir daha bəyan edir.

Şabran bələdiyyəsi

 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

 Qəhrəmanlarımızla fəxr edirik!

Region
28-05-2025
554