Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

05-04-2025 , 00:15

462

Son xəbərlər

Bütün xəbərlər

Eldar Əzizovu fərqləndirən əsas cəhət


Gündəlik Xəbərlər
09-04-2025

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay

Yüklənir...

Allah rəhmət eləsin!

Region
- +

İsmayıllı bələdiyyəsində  rayon ağsaqqalları ilə  görüş keçirilib

Hər bir ölkənin, ərazinin yerüstü sərvəti ilk növbədə onun dəyərli vətəndaşları, o cümlədən ağsaqqallarıdır. Bu mənada İsmayıllımızın da hörmətli, sayılıb, seçilən sakinləri çoxdur. Ağsaqqallarımız həmişə örnək həyatları, faydalı məsləhətləri ilə hər işdə öndədirlər və rayonun ictmai işlərində də fəal iştirak edirlər. Onlar dövləti, dövlətçiliyi doğma torpağı qəlbən sevən vətənpərvərlərdirlər...

Aprel ayının 4-də İsmayıllı bələdiyyəsi şəhər ağsaqqallarının bir qrupu ilə görüş keçirib.

Görüşdə İsmayıllı bələdiyyəsinin sədri Qüdrət Kazımov ağsaqqalları salamlayaraq, onların təklif və tövsiyələri əsasında fəaliyyətin əhəmiyyətli olacağını diqqətə çatdırıb və  görüləcək işlərdən, qarşıda duran əsas vəzifələrdən bəhs edib.

Ağsaqqallar növbəli şəkildə təşkil olunmuş görüşə görə təşəkkür edərək, məsləhətləşmələr əsasında mövcud çatışmamazlıqların aradan qaldırılmasında birgə fəaliyyətin önəmindən danışıblar.

Səmimi söhbət zəminində keçən görüşdə ağsaqqallar tərəfindən irəli sürülən təklif və tövsiyələr qeydiyyata alınıb.

Ağsaqqallar görülməsi daha vacib olan işlərdən söz açıb, yeni bələdiyyə tərkibinə seçicilərin etimadını doğrultmaqda uğurlar arzulayıblar.

Sonda xatirə şəkli çəkilib.

Ülkər Əsədova,

İsmayıllı bələdiyyəsinin əməkdaşı


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Soyqırım qurbanları yad edildi

Region
31-03-2025
650