Rövşən Əsgərov: “Əsas fəaliyyətimiz bələdiyyənin əvvəlki illərdə yaranmış DSMF borcunu bağlamaga yönəlib”
"Sədr seçildiyim gündən, yəni 01 aprel 2022-ci ildən, əsas məqsədimiz bələdiyyənin əvvəlki illərdə yaranmış DSMF borclarının silinməsi olub”- bu fikirləri Tovuz rayonu Qovlar şəhər bələdiyyəsinin sədri Rövşən Əsgərov bildirib.
Sədrin sözlərinə görə, ilk gündən bələdiyyənin vergi xidmətinin əsas vəzifəsi vergi ödəyiciləri arasında maarifləndirmə işlərini aparmaqla tədiyə bildirişlərinin vaxtında paylanılması oldu. Bununla yanaşı əsas diqqəti bələdiyyədə vergi-uçot sisteminin qurulmasına da yönəltdik.
Ötən dövr ərzində şəhər ərazisində monitorinqlər aparılmış, qeydiyyata düşməyən vergi ödəyiciləri qeydiyyata alınmış və şəffaflığın təmin edilməsi üçün birbaşa hər vətəndaşa BAMS- tərəfindən şəxsi ödəyici kodu yaradılır, rahat və geniş ödəmə imkanı təqdim olunur. Bu gün hər bir vətəndaş istənilən bank, poçt filiallarında və yaxud ödəniş terminallarına yaxınlaşıb şəxsi ödəyici kodunu qeyd etməklə rahatlıqla ödəniş edə bilir.
Bununla yanaşı yenilənmiş Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sistemi (BAMS) proqramının tətbiqi yerli vergi və ödənişlərin hesablanmasında, bildirişlərin tərtib olunmasında, vergi ödəyicilərinə çatdırılmasında və yığlmasında dönüş yaratmışdır. Ötən ildən BAMS proqramının Əmlak Məsələləri Dövlət Xidmətinin məlumat sisteminə inteqrasiya olunması fəaliyyətimizə müsbət mənada dönüş yaradıb.
Məhz atılan addımların nəticəsidir ki, 2021-ci illə müqayisədə əmlak vergisinin həcmi 39,9 %, torpaq vergisinin həcmi 29 %, icarə haqqlarının həcmi isə 239 % artıb. Ümumilikdə isə büdcə gəlirlərinin həcmi bu illər ərzində 70 %-dək artıb. Bununla yanaşı cari ilin uçuncu rübü ərzində Qovlar bələdiyyəsi olaraq ötən ilin müvafiq dövrü ilə müqayisədə büdcə gəlirləri 3 dəfəyədək artırmışıq. Əlavə edim ki, Qovlar bələdiyyəsi bu göstərici ilə şəhər bələdiyyələri arasında beşinci yerdə qərarlaşıb.
2021-ci ildə əmlak vergisinin həcmi 10.703 manat, torpaq vergsi 3419 manat, icarə haqqalarından 6.464 manat olmaqla cəmi 20.587 manat əldə edilmişdisə, 2024-cü ili on ayı ərzində əmlak vergisinin həcmi 14.977 manat, torpaq vergsinin həcmi 4.586 manat, icarə haqqlarının həcmi isə 15.466 manat olmaqla, cəmi 35.030 manat əldə edilmişdir. İlin sonunadək bu rəqəmin həcmi də kifayət qədər artacağı gözlənlir.
Əvvəl qeyd etdiyimiz kimi, bələdiyyənin DSMF borcunun bağlanılması ücün ciddi addımlar atılır. Belə ki, əgər 01 aprel 2022 - ci ildə bələdiyyənin DSMF borcunun həcmi 25.757 manat olmuşdusa hazırda bu rəqəm 10.557 manat təşkil edir. Bununla yanaşı bələdiyyənin digər borcları və əməkhaqqı borcları da tam şəkildə bağlanılmışdır. Bu müddət ərzində əməkhaqqı üzrə mövcud olmuş 6.949 manat, DSMF üzrə 15.200 manat, işsizliyə görə 857 manat, tibbi sığörtaya görə 413 manat, ümumilikdə isə bu müddət ərzində bələdiyyənin 23.419 manatlıq borcu bağlanılmışdır.
Belə qərara gəlmişik ki, bələdiyyənin yalnız DSMF-yə olan borcunu cari ilin sonundək bağlayaq.
Bu addım nəticə etibarilə bələdiyyənin vətəndaş məmnunluğunun daha yüksək səviyyədə təmin edilməsində öz müsbət təsirini göstərmiş olacaqdır.
Belediyye.info
Rəylər
0 Rəy