Tüləkəran kəndində abidə-bulaq kompleksi istifadəyə verilib
“Quba
rayon Tüləkəran bələdiyyəsi tərəfindən torpaqlarımızın ərazi bütövlüyü uğrunda
canlarından keçən şəhidlərimizin xatirəsinin əbədləşdirilməsi istiqamətində işlər
ənənəvi surətdə davam etdirilir”- bu fikirləri adıçəkilən bələdiyyənin sədri Rauf
Hüseynov bildirib.
Sədr
bildirib ki, bu məqsədlə Quba rayonu Yenikənd kəndində birinci Qarabağ müharibəsində
şəhidlik zirvəsinə ucalmış Mehman Ağayev və Yaşar Bağıyevin xatirəsinin əbədiləşdirilməsi
məqsədi ilə abidə bulaq kompleksi inşa
edilərək sakinlərin istifadəsinə verilmişdir.
Bulaq
kəndin içməli su təhcizatının yaxşılardılmasına və eyni zamanda kənddaxili küçələrin
işıqlandırılmasına öz müsbət təsirini göstərəcəkdir. Görülən işlər kənd sakinləri
tərəfindən razılıqla qarşılanmışdır.
Bu istiqamətdə işlər bələdiyyə tərəfindən mütəmadi olaraq davam etdiriləcəkdir.
Belediyye.info
Rəylər
0 Rəy