Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

05-07-2024 , 00:24

2038

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Bələdiyyə sədri: “ Hər bir şəhid anasının müraciəti diqqətdə saxlanılır"

 

Qax bələdiyyəsinin sədri Eyvaz Orucov rayon sakinlərini qəbul edib, müraciətlərini dinləyib. Bələdiyyə sədri ilk olaraq şəhid Bəhruz Tağızadənin  anası Aynur Tağıyevanı onun xahişiylə  qəbul edib.

 

Bələdiyyənin inzibati binasında baş tutan qəbul zamanı bələdiyyə sədri şəhid anasıyla yanaşı   bələdiyyəyə müraciət edən daha 10  nəfərə yaxını qəbul edib. Görüşdə sədr sakinləri narahat edən məsələlərlə yaxından tanış olub və təkliflərini dinləyib.

 Eyvaz Orucov müraciətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi üçün müvafiq tapşırıq və tövsiyələr verib. Müraciət edənlər əsasən əmlakın sənədləşdirilməsi, həyatyanı torapq sahəsinin ayrılması, vergilərin hesablanması və maddi yardımlarla bağlı olub.

 Qəbulda olan şəhid anası Aynur Tağıyeva yaşadığı mənzilin ətrafında şəhid bulağının inşa edildiyini razılığını bildirərək dövlət tərəfindən göstərilən diqqətə görə müvafiq orqanlara həmçinin bələdiyyəyə təşəkkürünü bildirib.

 Bələdiyyə sədri rayonda şəhid ailələrinə hər zaman diqqət və qayğı göstərildiyini və bu işdə Qax RİH-in gördüyü işlərə bələdiyyədə dəstək  verdiyini qeyd edib. Sədr bildirib ki, şəhid anasının müraciətinin diqqətdə saxlanılacağını və həlliylə bağlı addım atılacağını bildirib.

 Qeyd edək ki, Azərbaycan Ordusunun əsgəri olan Bəhruz Tağızadə 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü olaraq iştirak edib.

 Cəbrayılın, Füzulinin, Hadrutun və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Bəhruz Tağızadə 8 noyabr 2020-ci ildə Şuşa istiqamətində döyüş tapşırığını yerinə yetirərkən həlak olmuşdur. 16 noyabr 2020-ci ildə dəfn olunmuşdur.

 Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamına əsasən Bəhruz Tağızadə ölümündən sonra "Vətən uğrunda" medalı , "Cəsur döyüşçü" medalı ilə və  "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilıb.



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər