Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

22-11-2026 , 21:09

125

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Elman Verdiyev: “Həyata keçirilən layihələrin icrasına Naftalan Şəhər İcra Hakimiyyəti hər zaman öz dəstəyini əsirgəmir”

 

İlk dəfə idi ki Naftalan bələdiyyəsinin inzibati binasında olurdum. Kollektivin hər bir üzvü iş başında idi. Hər kəs öz üzərinə düşən məsuliyyəti yerinə yetirməklə məşğul idi. Onu da qeyd edim ki, inzibati bina məhz bələdiyyənin büdcə gəlirləri hesabına inşa edilib.

Beləliklə, bələdiyyədə maraqlı görüşüm oldu.  İnzibati binada bələdiyyənin hüquqşünası  Hikmət Qocayev, bələdiyyənin mühasibi İlkin Rüstəmov,  vergi mütəxəssisi Rəşad Zeynalov və  Tural Məmmədovun  iştirakı ilə keçirilən görüşdə sonradan bələdiyyə sədri Elman Verdiyev də qoşuldu.   

Belə məlum oldu ki, bələdiyyənin vergi xidmətinin səmərəli fəaliyyəti nəticəsində bu gün bələdiyyə  büdcə gəlirlərini kifayət qədər artırmağa nail olub. Əldə olunan büdcə gəlirləri isə kurort  şəhərində abadlıq-quruculuq işlərinə sərf edilir.   

Naftalan bələdiyyəsinin 2025 və 2026-cı illərin yanvar-oktyabr ayları üzrə büdcə gəlirlərinin müqayisəli təhlilinə diqqət yetirək.

Bununla bağlı Naftalan bələdiyyəsinin sədri Elman Verdiyev bildirib ki, 2026-cı ilin yanvar-oktyabr ayları ərzində Naftalan bələdiyyəsinin büdcə gəlirləri 286.695 manat təşkil etmişdir. 2025-ci ilin müvafiq dövründə isə bu göstərici 178.006 manat olmuşdur. Beləliklə, cari ilin ilk 10 ayı ərzində bələdiyyənin büdcə gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 108.689 manat və ya 61,06 faiz artmışdır.

Büdcə gəlirlərinin ayrı-ayrı mənbələr üzrə müqayisəli təhlili də müsbət dinamikanın mövcud olduğunu göstərir.

Belə ki, fiziki şəxslərdən torpaq vergisi üzrə daxilolmalar 2025-ci ilin yanvar-oktyabr aylarında 6.979 manat olduğu halda, 2026-cı ilin müvafiq dövründə 13.348 manat təşkil etmişdir. Bu, 6 369 manat və ya 91,26 faiz artım deməkdir.

Fiziki şəxslərdən əmlak vergisi üzrə daxilolmalar 2.595 manatdan 7.823 manata yüksələrək 5.228 manat və ya 201,45 faiz artmışdır.

Torpağın satışından daxilolmalar 2025-ci ildəki 24.904 manatdan 2026-cı ildə 94.657 manata çatmışdır. Bu istiqamət üzrə artım 69.753 manat və ya 280,09 faiz təşkil etmişdir.

Sanatoriya, kurort və mehmanxanalar üzrə ödənişlər 132.722 manatdan 147.309 manata yüksəlmiş, 14.586 manat və ya 10,99 faiz artım qeydə alınmışdır.

İcarəyə verilmiş torpaqların icarə haqqı üzrə daxilolmalar 3.005 manatdan 15.857 manata çataraq 12.852 manat və ya 427 faiz artmışdır.

Dayanacaq rüsumu üzrə daxilolmalar 800 manatdan 700 manata enərək 100 manat və ya 12,5 faiz azalmışdır. Dotasiya üzrə daxilolmalar isə hər iki ildə dəyişməyərək 7 000 manat təşkil etmişdir.

Göstəricilərdən də aydın olduğu kimi, büdcə gəlirlərinin artımında əsas pay torpağın satışından daxilolmaların, icarə haqlarının, eləcə də fiziki şəxslərdən toplanan torpaq və əmlak vergilərinin artımının hesabına təmin edilmişdir.

Sədr Naftalan Şəhər İcra Hakimiyyəti ilə bələdiyyə arasında mövcud olan qarşılıqlı əməkdaşlıq münasibətlərinin yüksək səviyyədə olduğunu xüsusi ilə vurğulayıb. Şəhər İcra Hakimiyyəti bələdiyyənin fəaliyyətinə, yerli əhəmiyyətli məsələlərin həllinə və şəhər sakinlərinin rifahının yaxşılaşdırılmasına yönəlmiş təşəbbüslərinə daim diqqət və dəstək göstərir.

Sədr qeyd edib ki, bələdiyyə tərəfindən həyata keçirilən layihələrin icrasında, abadlıq və quruculuq işlərinin aparılmasında, şəhərin sosial-iqtisadi inkişafına xidmət edən tədbirlərin reallaşdırılmasında Naftalan Şəhər İcra Hakimiyyəti hər zaman yaxından iştirak edir və öz dəstəyini əsirgəmir. İcra Hakimiyyəti ilə bələdiyyə arasında formalaşmış qarşılıqlı etimad, anlaşma və səmərəli əməkdaşlıq mühiti qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetirilməsinə, yerli problemlərin birgə həllinə və şəhərimizin daha da inkişafına mühüm töhfə verir.

Sədr hesab edir ki, dövlət və yerli özünüidarəetmə orqanları arasında bu cür sağlam əməkdaşlıq şəhərin inkişafı, abadlıq-quruculuq işlərinin genişləndirilməsi və əhalinin sosial rifahının yüksəldilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Ümumilikdə, 2026-cı ilin ilk 10 ayının nəticələri Naftalan bələdiyyəsinin büdcə gəlirlərində ötən ilin müvafiq dövrü ilə müqayisədə 61,06 faizlik artımın əldə olunduğunu göstərir. Qarşıdakı dövrdə də yerli gəlir mənbələrinin genişləndirilməsi, büdcə daxilolmalarının artırılması, vəsaitlərdən səmərəli istifadə edilməsi və sakinlərin maraqlarına xidmət edən layihələrin həyata keçirilməsi istiqamətində fəaliyyətimizi davam etdirəcəyik.

Belediyye.info


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Bələdiyyə sədri vəfat edib

Region
18-11-2026
825

Şəhid ailəsi ziyarət olundu

Region
06-11-2026
364