Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

22-09-2026 , 10:58

249

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Bu gün Azərbaycan yeni inkişaf hədəfləri müəyyənləşdirmiş qüdrətli dövlətdir: BƏLƏDİYYƏ SƏDRİ YAZIR

Yeni Azərbaycan Partiyası Azərbaycanın ictimai-siyasi həyatında mühüm və tarixi missiya həyata keçirən siyasi təşkilatdır. Ulu Öndər Heydər Əliyevin yaratdığı və bu gün Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə inkişaf edən partiyanın keçdiyi yol Azərbaycanın müasir tarixinin mühüm mərhələləri ilə sıx bağlıdır.

Bu gün Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş, qarşısında yeni inkişaf hədəfləri müəyyənləşdirmiş qüdrətli dövlətdir. Bu nailiyyətlər dövlətimizin düşünülmüş və məqsədyönlü siyasətinin, xalqımızın həmrəyliyinin və birliyinin nəticəsidir.

Bu ümumi inkişaf prosesində Mingəçevir şəhərinin də özünəməxsus yeri vardır. Mingəçevir energetika, sənaye, təhsil, idman və turizm potensialı ilə ölkəmizin mühüm şəhərlərindən biridir. Son illərdə şəhərdə həyata keçirilən quruculuq və abadlıq işləri, sosial və infrastruktur layihələri Mingəçevirin inkişafına göstərilən diqqətin bariz nümunəsidir.

Bu prosesdə şəhərin ictimai-siyasi həyatında YAP Mingəçevir şəhər təşkilatının üzərinə də mühüm vəzifələr düşür.

Əsas məqsədimiz partiya ideologiyasının mahiyyətini və dövlətimizin həyata keçirdiyi siyasətin nəticələrini cəmiyyətə düzgün çatdırmaq, vətəndaşlarla səmərəli və davamlı ünsiyyət qurmaq, onların müraciət və təkliflərinə həssas yanaşmaqdır.

Xüsusilə gənclərin ictimai-siyasi fəallığının artırılması, onların təşəbbüslərinin dəstəklənməsi və şəhərin ictimai həyatında daha fəal iştirakının təmin olunması qarşıda duran əsas vəzifələrdən biri olmalıdır.

Mingəçevirin inkişafı naminə həyata keçirilən hər bir təşəbbüsə ictimai dəstəyin formalaşdırılması, şəhər sakinlərinin proseslərə daha fəal cəlb edilməsi və sağlam ictimai rəyin gücləndirilməsi mühüm əhəmiyyət daşıyır.

Hesab edirəm ki, hesabat dövründə YAP Mingəçevir şəhər təşkilatı qarşıya qoyulan vəzifələrin icrası istiqamətində məqsədyönlü fəaliyyət göstərmişdir və təqdim olunan hesabatı qənaətbəxş hesab etmək olar.

Eyni zamanda, əldə olunan nəticələr qarşıdakı dövr üçün daha böyük məsuliyyət və yeni vəzifələr müəyyənləşdirir. Qarşımızda duran əsas məqsədlərdən biri partiya üzvləri arasında birlik və həmrəyliyi daha da möhkəmləndirmək, vətəndaşlarla əlaqələri gücləndirmək və Mingəçevirin ictimai həyatında fəal iştirak etməkdir.

İnanıram ki, YAP Mingəçevir şəhər təşkilatı bundan sonra da öz fəaliyyətini daha da təkmilləşdirəcək, şəhərimizin inkişafı ilə bağlı proseslərdə fəal iştirak edəcək və qarşıya qoyulan vəzifələrin həyata keçirilməsinə öz layiqli töhfəsini verəcəkdir.

Anar İsmayılov

Mingəçevir bələdiyyəsinin sədri

 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər