Bu rayon bələdiyyələrində əmlak vergisində kifayət qədər artım olsa da, yekunda azalma müşahidə olunub
Dövlət Statistika Komitəsindən Belediyye.infoya daxil olan məlumata görə, 2025-ci ildə Qusar rayonunda formalaşan 10 bələdiyyənin büdcə gəliri 831.100 manat olub. Bu 2024-ci llə müqayisədə 10 faizlik azalma deməkdir.
2024-cü il ərzində Qusar rayonunda formalaşan 29 bələdiyyənin
büdcə gəliri 923.100 manat olmuşdu.
Əldə edilən gəlirin 48.8 faizi vergilərdən, 51.2 faizi isə rüsumlardan olub.
Büdcə gəlirinin 26.8 faizi
torpaq, 22.1 faizi əmlak vergisinin
payına düşür. Əmlak vergisinin həcmi 77.5 faiz, torpaq vergisinin həcmində 33.8
faiz, bələdiyyə əmlakının icarəsindən və istifadəyə verilməsindən isə 21.8 faiz
artım müşahidə olunub.
Qusar bələdiyyələrinin büdcə gəlirinin 33 faizi bələdiyyə əmlakının
özgəninkiləşdirilməsindən, icarəsindən və istifadəyə verilməsindən daxil olub.
Bələdiyyə əmlakının özgəninkiləşdirilməsindən Qusar bələdiyyələrinə 178.700 manat vəsait daxil olub. Bu da ötən illə
müqayisədə 61 faiz az deməkdir. İl ərzində
Qusar bələdiyyələrinə 79.000 manat dotasiya ayrılıb. Bələdiyyələr tərəfindən xüsusi ayrılmış
torpaq sahələrində stasionar və ya səyyar
ticarətdən bələdiyyə büdcəsinə 4200 manat, mehmanxana, turizm,
kurort-sanatoriya xidmətlərindən 35.200 manat, avtodayanacaqlardan 900 manat vəsait daxil olub. Mehmanxana, turizm,
kurort-sanatoriya xidmətlərindən daxil olan vəsaiti ümumi büdcə gəlirinin 4.2
faizini təşkil edib.
2025-cü il ərzində bələdiyyə müəssisələrinin mənfəət
vergisindən, daşınmaz əmlak üzərində reklam daşıyıcısının yerləşdirilməsindən bələdiyyə büdcəsinə hər hansı maliyyə vəsait
daxil olmayıb.
Belediyye.info
Rəylər
0 Rəy