Natiq Bəkmirzəyev: “Hər bir sakin bələdiyyə ərazisində yerləşən qəbirstanlıqlarda təmizlik qaydalarına riayət etməli və bu işə öz töhfəsini verməlidir”
“Quba rayonu Küpçal-Dağlı bələdiyyəsi tərəfindən 28 noyabr 2025-ci il tarixdə Qələdüz qəbirstanlığında iməclik keçirildiyini” deyən Quba rayonu Kupçal-Dağlı bələdiyyəsinin sədri Natiq Bəkmirzəyev Belediyye.infonun əməkdaşı ilə söhbətində deyib ki, iməclikdə bələdiyyə üzvləri və sakinlər iştirak edib.
Təmizlik
aksiyası zamanı qəbirstanlıq ərazisi alaq otlarından və bərk məişət
tullantılarından təmizlənib, ziyarət yolları səliqəyə salınıb.
Sədr ərazidə
təmizliyin qorunmasının vacibliyini vurğulayaraq bildirib ki, bu cür tədbirlər
bələdiyyə tərəfindən mütəmadi olaraq davam
etdiriləcəkdir.
Natiq Bəkmirzəyev sakinlərə bələdiyyə ərazisində yerləşən 7 qəbirstanlıqda təmizlik qaydalarına riayət edilməsini tövsiyə edib və ərazilərin daim təmiz saxlanılmasnda hər kəsin təhfə verməli olduğunu bildirib.
Rəylər
0 Rəy