Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

28-11-2025 , 18:54

776

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Fidan Fərzəliyevanın kənd sakinləri ilə növbəti görüşü olub

Şabran bələdiyyəsinin sədri Fidan Fərzəliyeva bu gün rayonun Çölquşçu  kəndində olaraq 16 aprel 2025-ci il tarixində baş vermiş sel hadisəsinin nəticəsində evlərinə ziyan dəymiş sakinlərlə görüşüb.

Sel sularının yaratdığı fəsadlar nəticəsində kəndin bir sıra sakinlərinə məxsus fərdi yaşayış sahələrinə ciddi ziyan dəymişdir. Hadisənin ilk günündən etibarən zərərçəkmiş ailələrə diqqət və dəstək göstərilməsi məqsədilə həm Şabran şəhər Bələdiyyəsi, həm də Şabran Rayon İcra Hakimiyyəti tərəfindən müvafiq tədbirlər görülmüş, vəziyyət daimi nəzarətdə saxlanılmışdır.

Sel hadisəsi ilə bağlı yaradılmış komissiya tərəfindən kənd ərazisində baxış keçirilmiş, ziyan dəyən evlər və obyektlər üzrə qiymətləndirmə aparılmışdır. Komissiyanın rəyinə əsasən bərpa və tikinti işlərinin həyata keçirilməsi üçün aidiyyəti dövlət qurumlarına rəsmi müraciətlər ünvanlanmışdır.

Zərər çəkmiş ailələrin yaşayış sahələrinin planlı və mərhələli şəkildə, təhlükəsizlik tələblərinə uyğun olaraq yenidən inşa edilməsi nəzərdə tutulur. Bununla bağlı hazırlıq işləri davam etdirilir.

Bələdiyyə olaraq sakinlərin sosial rifahının qorunması, təbii hadisələr nəticəsində yaranan çətinliklərin aradan qaldırılması və insanların normal yaşayış şəraitinə qısa zamanda qayıtmasının təmin edilməsi əsas prioritetlərimizdəndir. Çölquşçu kəndində zərər çəkmiş vətəndaşlara dəstək prosesləri növbəti mərhələlərdə də davam etdiriləcəkdir.

Şabran bələdiyyəsi



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər