Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

28-11-2025 , 18:34

739

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Rauf Hüseynov: “Bu gün ziyarətində olduğumuz ailə ənənələrə və ailə dəyərlərinə sahib olmağın xoşbəxtliyini yaşayırlar”

“Bu gün Quba rayon Aşağı Tüləkəran kənd sakini Bayramşah Mehyəddinovu və  Əntiqə Mehyəddinovu ziyarət etdik”- bu sözləri Belediyye.infoya adıçəkilən rayonun Tüləkəran bələdiyyəsinin sədri Rauf Hüseynov deyib.

Sədr qeyd edib ki, Bayramşah Mehyəddinov uzun müddət  sovxozda briqadir, poçt rəisi və digər məsul vəzifələrdə çalışmışdır. Hər zaman öz peşəsinin öhdəsindən layiqincə gəlmiş və ətrafındakılara daima örnək olmuşdur.

Lakin bu günkü ziyarətimiz tamamilə fərqli mövzudadır. Belə ki keçdiyimiz günlərdə Bayramşah Mehyədinov və Əntiqə Mehyəddinovun ailə həyatı qurmasının 60 illiyi tamam olub. 5 övlad böyüdüb boya başa çatdıran yubliyarlarımız kəndin nümunəvi ailələrdən hesab olunur. Bu gün ziyarətində olduğumuz ailə ənənələrinə və ailə dəyərlərinə sahib olmağın xoşbəxtliyini yaşayırlar. Ailə insitutunun, Azərbaycan ailə dəyərlərinin qorunmasında belə ailələrin qorunması, öz tövsiyyə və məsləhətlərinin gənc nəsillər arasında təbliğ və təqdir olunması vacibdir.

Biz də Tüləkəran bələdiyyəsinin kollektivi olaraq yubliyarlara uzun ömür, can sağlığı və ailə həyatlarının  yüz illiklərini qeyd etmələrini arzu edirik.

Belediyye.info


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər