Tünzalə Qardaşova: “Görülən işlər kəndin infrastrukturunun daha da yaxşılaşdırılmasına xidmət edir”
“Masallı rayonu Boradigah bələdiyyəsi tərəfindən Babaser kəndində kənddaxili yolun mövcud vəziyyətinin yaxşılaşdırılması məqsədilə çınqıl döşənməsi işləri həyata keçirilmişdir”- bu barədə fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Tünzalə Qardaşova deyib.
Sədrin
sözlərinə görə, maliyə imkanları çərçivəsində ilin sonundaək vətəndaş müraciətlərinə
əsasən bələdiyyənin digər ərazilərində də bu tipli layihələrin icrası həyata
keçiriləcəkdir.
Sədr qeyd edib ki, görülən işlər əhalinin gediş-gəlişini asanlaşdırmaqla yanaşı, kəndin infrastrukturunun daha da yaxşılaşdırılmasına xidmət edir.
Belediyye.info
Rəylər
0 Rəy