Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

16-03-2026 , 19:32

95

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Naxçıvan
- +

Tahir Hüseynli: “Sakinlər tərəfindən qaldırılan  hər bir məsələ diqqətdə saxlanılır və bələdiyyə iclasında müzakirəyə çıxarılır”

“Hazırda Naxçıvan bələdiyyəsinin əsas məqsədi sakinlərin qaldırdığı problemlərin həllinə nail olmaqdır. Odur ki, bələdiyyə olaraq hər bir müraciət diqqətdə saxlanılır  və  qaldırılan hər bir  məsələ bələdiyyə iclasında müzakirəyə çıxarılır” - bu fikirləri Belediyye.infoya Naxçıvan bələdiyyəsinin sədri Tahir Hüseynli bildirib.

Sədr bildirib ki, bu günlərdə icra olunan layihədə məhz sakinlərin müraciəti əsasında icra olunub.

Belə ki, Naxçıvan şəhəri, 48-ci məhəllədə yaşayan sakinlərin müraciəti əsasında 3400 kv.m sahəni əhatə edən yolun qaşınaraq yenidən bərkidilməsi istiqamətində müvafiq işlər həyata keçirilib. Bələdiyyənin həyata keçirdyi bu layihə sakinlər tərəfindən rəgbətlə qarşılanıb.

Ancaq etiraf etməliyik ki, görülən işlərin hər bir bələdiyyədən maliyyə vəsaiti tələb edir. Bunun üçün fəaliyyətə başladğımız gündən əsas diqqəti bələdiyyənin vergi-uçot sistemini yenidən daha təkmil fomrada qurmağa yönəltmişik.

Sədr bildirib ki, bələdiyyə olaraq bundan sonra da şəhər infrastukturunun inkişafına öz töhfəmizi verməyə çalışacağıq.

Belediyye.info






 

 

Rəylər

0 Rəy


Rəy yaz